Rumıniya milli komandasının daha bir futbolçusu karyerasını
Azərbaycanda davam etdirə bilər. "Styaua” klubunda forma geyinən Romeo Surdu
"Xəzər Lənkəran”a transfer olunmaq istəyir.
Qeyd edək ki, karyerası ərzində "Styaua”dan başqa ÇFR və "Braşov”da oynamış Surdu
Rumıniya yığmasında ötən il debüt edib. 21 yaşadək futbolçularda ibarət
millinin şərəfini də qoruyub. 2006-cı ildə Romeo Rumıniyada ilin ən yaxşı gənc
futbolçusu adını qazanıb.