Ana Səhifə» 2010»Fevral»8 » Opara Emeka -15 nömrəli futbolçu oldu.
18:22
Opara Emeka -15 nömrəli futbolçu oldu.
Opara Emeka , “Xəzər Lənkəran”ın “15”-nömrəli futbolçusu oldu.
Sabah “Simurq”a qarşı oyunda “Xəzər Lənkəran”ın heyətində nigeriyalı forvard Emeka Oparanın debüt edəcəyi gözlənilir.
“Xəzər Lənkəran”ın qış transfer pəncərəsi dövründə heyətinə qatdığı dörd futbolçudan ikisi – Elvin beqiri ilə Tihhon Şışov artıq “ağ-yaşıl” formada debüt edə bilib. Klub rəsmisi Ramiz Kərimovdan aldığımız bilgiyə görə, sabah Zaqatalada keçiriləcək oyunda Emeka Opara da meydana çıxa bilər. Artıq onun transfer vərəqi AFFA-ya təqdim olunub və futbolçu lisenziyaya sahib çıxıb. Beləliklə, sabah Emeka komandamızın tarixinə ilk nigeriyalı futbolçu kimi düşə bilər.
Daha bir debütant Kristian Kabral ola bilər. Lakin Emekadan fərqli onun transfer vərəqi hələlik AFFA-ya təqdim olunmayıb. Amma qarşıdakı gün ərzində bu problem yoluna qoyularsa, Kristian da meydana çıxa bilər.
Yeri gəlmişkən, “yenilər” artıq nömrə seçimi ediblər. Opara “15”, Kristian isə “28” nömrəli futbolkaya üstünlük verib. Xatırladaq ki, ötən həftə “Standard”la oyunda komandamızın formasında debüt edən Beqirinin kürəyini “3”, Şışovun kürəyini isə “4” rəqəmi bəzəyirdi.