“Xəzər Lənkəran”ın əsas oyun qurucusu olan yarımmüdafiəçi Osvaldo Junior bir müddət əvvəl zədəsini müalicə etmək üçün vətəninə yollanmışdı. “Bakı” ilə oyuna hazırlaşan “Xəzər Lənkəran”ın mayın 12-dəki məşqi zamanı Osvaldonu meydanın kənarında görmək mümkün oldu.Zədəsinin sağalıb sağalmaması məlum olmasa da hər halda bu məşqə qatılmamasının səbəbini də öyrənə bilmədik.Məşq sonrası futbolçularla şəkil çəkdirən azarkeşlərin daha çox Yuniora yaxınlaşması diqqətdən yayınmadı.Bu da azarkeşlərin Braziliyalı yarımmüdafiəçiyə rəğbətinin nə dərəcədə olmasını göstərirdi.Osvaldonun yoxluğunda komandanın orta xəttində gözə dəyən boşlular azarkeşləri narahat etməyə bilməzdi.Bu səbəbdən də azarkeşlər sağlamlığı ilə bağlı ona suallar verdikdə o da “yaxşı - yaxşı olacaq” deyə cavablandırdı.