Ana Səhifə» 2010»Noyabr»11 » Payız aylarında keçirilən “Payız əfsanəsi” ...
21:49
Payız aylarında keçirilən “Payız əfsanəsi” ...
Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunan futzal tirnirinə qədər gələn yol. II yazı.
Payız aylarında keçirilən çempionatın adı elə "Payız əfsanəsi” oldu.
"Payız əfsanəsi” -1.
İdeyalar mənbəyi olan Vaqif Rəşidov bu dəfə yeni bir mini futbol turnirinin keçirilməsi ideyasını təklif etdi. Turnirdə yalnız səhiyyə işçilərinin iştirakını düşünən Vaqif bəy, bəlkə özü də bilmirdi ki, Lənkəranda bu qədər həkim və əczaçı vardır. İştirak etmək istəyində olan komandaların sayı gözlənildiyindən daha çox oldu. Bu səbəbdən də oyunların keçirilmə qrafiki sıx quruldu. Püşk atıldı və "Payız əfsanəsi” başladı... Turnirin qrup oyunları Lənkəran şəhər Olimpiya kompleksinin açıq havada olan mini futbol meydançasında keçirilirdi. Artıq payız idi və bəzi oyunlar yağışlı havada, bəziləri isə hətta leysan yağışda baş tuturdu. "Pley off” mərhələsinin oyunları kompleksin qapalı zalında keçirildikcə oyunu izləyən azarkeşlərin də işi rahatlaşırdı. Gərgin oyunlar ondan da gərgin təşkilati işlər turnirə marağı artırırdı. Bəzi komandalarda LİPA-lar da tapılırdı. Belə komandalardan qazandıqları xallar ləğv olunurdu. İşin gərginliyini görən azarkeşlərdən bəziləri təşkilati işlərdə yardım etmək istədilər və beləcə təşkilati işlər əməlli başlı ictimaiətin nümayəndələrinin iştirakı ilə davam etdi...