Hələ keçən ilin payızında start götürən, Lənkəranın səhiyyə işçiləri arasında keçirilən "Payız əfsanəsi” adlı mini futbol turniri nəhayət ki, sona çatdı. 2008-ci ilin payızından başlayan yarışmanın müxtəlif səbəblərdən geçişən final görüşü payızda deyil, “qışın oğlan çağı”nda baş tutdu.Yanvarın 22-də Lənkəran şəhər olimpiya kompleksinin qapalı zalında, dövlət himni səsləndirilməsi ilə final oyunu başlandı.Qeyd etmək lazımdır ki, tribunalarda, premyer liqanın bir çox oyunlarından fərqli çoxlu azarkeş var idi.Lənkəran müalici diaqnostika mərkəzinin ”LMDM” komandası və “Yaşıl Aptek” komandaları arasında keçirilən finalda qayda pozuntusu və kartlardan başqa futbola gözəllik verən hər şey görmək olardı.Oyun gərgin mübarizə şəraitində keçdi.Turnirin başlanğıcından bəri heyyəti bir neçə dəfə dəyişilmələrə məruz qalan "Əczaçıların" komandasının üzvləri fərdi keyfiyyətlərinə güvəndikcə,”LMDM” komandasının kollektiv oyunu qələbəyə nail olmağa yetdi. Beləliklə “LMDM” komandası ,”Yaşıl Aptek” komandasına 5:2 hesabı ilə qalib gəldi.Final görüşü bitər bitməz qalib “LMDM” komandasına kubok təqdim olundu.Bundan əlavə ikinci yerə görə “Yaşıl Aptek” komandasına ,həmçinin turnirin ən yaxşı oyunçusuna,ən yaxşı qapıçısına,ən texnikalı komandasına da diplomlar təqdim olundu. Qeyd edək ki,”Payız əfsanəsi” mini futbol turniri “12-ci oyunçu” azarkeş klubunun təşkilati dəstəyi ilə start götürsə də sonradan təşkilati işlər, turnir iştirakçıları arasından seçilən təşkilat komitəsinin ixtiyarına verilmiş və onlar da bu çətin işin öhdəsindən layiqincə gələ bilmişlər.
|