Ana Səhifə» 2010»Aprel»16 » “Qəbələ” - “Xəzər Lənkəran”
22:33
“Qəbələ” - “Xəzər Lənkəran”
“Qəbələ” – “Xəzər Lənkəran” oyunu öncəsi mətbuatda səslənən fikirlər.
Ağasəlim Mircavadov:
-“Fikrimcə, "altılıq"da olan hər bir komandanın çempionluğa şansları var. Bunu bacarmaq üçün sadəcə sabit çıxış etmək lazımdır. Mənim öz taktikam var. Əgər bunu sona qədər həyata keçirə bilsək, çempion olacağıq”.
Mario Santana Souza:
-«Hesab edirəm ki, çempionluq bizdən aslıdır. Əgər evdə qarşılaşacağımız «Bakı» və «İnter»i məğlubiyyətə uğratsaq, yəqin ki, çempionluğu bayram edə bilərik. Düzdür, ilk «altılıq»da olan digər komandalar da kifayət qədər güclüdür. Amma biz hər bir komandanı məğlub edəcək gücdəyik. Təbii ki, çempion olmaq istəyiriksə, qarşımızakı maneələri bir-bir dəf etməliyik».
Berti Focts:
"Çempionluğa iki komanda favoritdir.Onlar “İnter” və “Xəzər Lənkəran”dır."
“Xəzər Lənkəran” istər futbolçu istərsə də komanda oyunu cəhətdən “Qəbələ”ni üstələyir.Bu mənada komandamızın səfər oyunundan qələbə ilə dönəcəyi inandırıcıdır. “Xəzər Lənkəran”ımıza bu oyunda da qələbə ruhu və uğurlu nəticə arzulayırıq.