www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » Aprel » 14 » “Qəbələ” - “Xəzər Lənkəran” oyunlarının statistikasına görə favorit “Xəzər Lənkəran”dır.
21:09
“Qəbələ” - “Xəzər Lənkəran” oyunlarının statistikasına görə favorit “Xəzər Lənkəran”dır.
“Xəzər Lənkəran”ın – “Qəbələ” ilə oyunlarının statistikasında, komandamızın üstünlüyü açıq aşkar görünür.Bu oyunlarda 6-qələbə,4-heç-heçə və bir məğlubiyyət qeydə alınmışdır ki,bu da təmsilçimizin ümumi göstəricilərə görə, aprelin 17-də keçiriləcək qarşılaşmanın favoriti olmasının göstərir.
“Xəzər Lənkəran” indiyə qədər “Qəbələ” komandası ilə keçirdiyi oyunlarda 22-qolla rəqibi cəzalandırıbsa, öz qapısında 9-qol görmüşdür.Komandamızın “Qəbələ” ilə oyunlarda qələbə seriyasına,eləcə də vurduğu və buraxdığı qolların fərq göstəricilərinə görə baş məşqçi Ağasəlim Mircavadov bu vəzifədə müxtəlif dövrlərdə çalışan həmkarlarından irəlidə gedir.Beləki, onun baş məşqçiliyi dövründə altı-qələbə, 20-vurulan top və 6- buraxılan top,Rasim Karanın baş məşqçiliyində bir heç-heçə , 1-vurulan və 1-buraxılan top,İqor Ponamaryovun baş məşqçiliyində isə bir məğlubiyyət , 1-vurulan və 2-buraxılan toplar qeydə alınmışdır.
Komandamız “Qəbələ” ilə kubok yarışlarında iki oyun olmaqla bir dəfə, 2007/2008-ci il ölkə kubokunun yarımfinal mərhələsində görüşüb.İki oyunun nəticəsinə görə “Qəbələ”ni bu turnirdən uzaqlaşdıran “Xəzər Lənkəran” rəqibin qapısına 4-top vurduğu halda öz qapısından 2-top buraxmışdır(3:1 və 1:1). “Xəzər Lənkəran” - “Qəbələ” qarşılaşmalarından biri əlamətdar hadisə ilə bağlı olduğundan yəqin ki, heç vaxt unudulmayacaq. Beləki,o vaxtlar “Gilan” adlanan “Qəbələ” komandasını çempionatın son oyununda Qəbələ şəhər stadionunda 3:0 hesabı ilə məğlub edərək “Xəzər Lənkəran” ilk çempionluğun sevincini yaşamışdır.
“Xəzər Lənkəran”ın “Fırtınalar meydanı” nda yaşadığı məğlubiyyət acısının da bir hissəsi “Qəbələ”nin payına düşür.Komandamız “Fırtınalar meydanı”nda ölkə çempionatları çərçivəsində keçirdiyi oyunlarda, cəmi 3-dəfə məğlub olmuşdur ki,onlardan biri də “Qəbələ” ilə 2008/2009-ci il mövsümünə təsadüf edir.Həmin matçda komandamız 1:2 hesabı ilə məğlub olduqdan sonra “Fırtınalar meydanı”na toplaşan 10.000-azarkeşin təxminən 95%-i, o vaxtkı baş məşqçinin qarşısında istefa tələbini qoyaraq, düz 15-dəqiqə durmadan istefa şüarını səsləndirmişdi.
Göründyü kimi “Qəbələ” komandası ilə keçirilən oyunların tarixçəsində həm xoş həm də acı xatirlərlər yer almışdır.Arzulamaq istərdik ki,aprelin 17-də keçiriləcək matç, tarixə biz Lənkəran futbol azarkeşləri üçün qələbə sevincli xoş xatirələrlə qovuşacaq.
“Xəzər Lənkəran”ımıza uğurlu səfər oyunu, futbolçularımıza qələbə ruhu,məşqçi heyyətinə isə vaxtında və yeri gələndə əvəzetmədən yararlanmaq bacarığı arzulayırıq.
Bu oyunda qazanılan uğurlu nəticə,sonrakı turda Lənkəranda keçiriləcək “İnter”lə oyunda “Fırtınalar meydanı”na toplaşacaq azarkeşlərin fəallığına daha çox təsir edəcək.
Bölmə: |Baxış sayı: 658 | Yazar: ISLAM |
Всего комментариев: 0
der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz