"Neftçi”
komandası sentyabrın 24-də "Fırtınalar Meydanı”nda oyun öncəsi son
məşqinə çıxdı. "Xəzər Lənkəran”dan fərqli olaraq qonaq komandanın məşqi qapalı
keçirildi.Bunu görən yerli azarkeşlər "Fırtınalar Meydanı”nın qarşısında qalaraq "Böyük oyun” öncəsi informasiya bölgüsü ilə məşğul oldular.
"Neftçi” klubunun yerli azarkeşlərə
yaxınlaşan bir neçə mühafizəçisi sanki Lənkəranlı azarkeşləri qorxutmaq üçün "Böyük oyun” günü Bakıdan 50-nəfər polis əməkdaşının gələcəyini
xüsusi vurğu ilə dedilər.Lakin bu söhbətlərini davam edən cənublu azarkeşlər
üçün maraqlı xəbər olmadı.Onu da qeyd edək ki, "Neftçi” klubu sayca çox vvə gücləndirilmiş mühafizə sistemi
altındaLənkərana gəlib.Hər hansı adi
bir hərəkətə çevik reaksiya verən qonaq mühafizəçilər
kənardan bəzən gülməli görünürdülər.Amma
bunu onlar yox, sadəcə qonaq komandanın son məşqinə baxmaq həvəsində olan və
futbolla yaşayan Lənkəranlı azarkeşlər hiss edə bildilər.