www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » Mart » 7 » "Qarabağ" - "Xəzər Lənkəran" 2:1
19:24
"Qarabağ" - "Xəzər Lənkəran" 2:1
Bir az Kamranın görüntü cəhdi,bir az Dimanı küyə salan külək və bir az da torbaçı Elçin, nəticədə Məmmədovun şorbası hazır.
Kamran Ağayevin milli komandanın heyətində etdiyi görüntü cəhdləri haqda (buna rusdilli şəhər uşaqları "risovka" deyirlər) çox fikirlər deyilib.Təkcə bunu əlavə etmək yerinə düşərdi ki,Kamran belə getsə öz əvəzolunmazlığını sübut etmək cəhdinin bəlasına düşəcək.Onu "Qarabağ"la oyunda əvəzləməyə çalışan Kramarenko isə yarısı Erməni işğalında olan Ağdam torpağında küləyin küyünə düşdü.
Küləkdən söz düşmüşkən, bu külək elə deyəsən erməni tərəfdən əsirdi.Bəlkə elə ona görə matçda vurulan qolların üçü də küləyin əsdiyi istiqamətdə vuruldu.Küləkli hava şəraiti bütün futbolçular üçün çətinlik yaradırdı.Cənub təmsilçisinin qapısı ağzında penaltı qazanmağa hər vəclə can atan Ağdamlılar küləyin yaratdığı çətinliklərə sinə gərməyə çalışdıqca,bu zəhrimar küləyin erməni tərəfdən əsməyinə adamın inanmağı daha çox gəlirdi.Bəzən "Qarabağ"ın futbolçuları heç Lənkəranlı müdafiəçilərə yaxınlaşmadan elə yerə yıxılırdılar ki,bu məqamda az qlala - "Adam yıxansan ay külək" demək lazım gəlirdi.Rəşad Sadıqovun qoluna səbəb olan cərimə zərbəsinin yaranması da küləklə bağlı oldu. "Xəzər Lənkəran"ın iki futbolçusunu aldadan Rəşad, Martins Kabraldan "yarım metrə" məsafədə uzaqlıqdan keçərək yerə yıxıldı.Amma yaxınlıqda olan baş hakim cərimə zərbəsi təyin etdi.Maraqlıdır ki,Elçin Məmmədov Sadıqovun yıxılmasına səbəb olan küləyin əksinə deyil onun əsdiyi istiqamətdə cərimə zərbəsinə işarə etdi ki,sonda qol vuruldu.Elə ikinci qol da buna bənzər epizodda vuruldu, lakin bu dəfə küləyin heç bir rolu olmadı.İki dəfə ardıcıl olaraq, rəqibdən topun oğurlanmasını gördük ki,birində oyun qaydası pozuldu və hakimin fiti susdu.Baxmayaraq ki,bu epizodda "Qarabağ" futbolçusu Lənkəranlılardan biri yıxmışdı. İkinci cəhd birincidən 2-saniyə sonra baş verdi və "Xəzər Lənkəran"ın 12-nömrəli futboçusundan gəldi, o bütün qaydalara uyğun şəkildə rəqibdən topu ala bildi.Hakimin yersiz səslənən fiti, ağlasığılmaz dərəcədə "səfeh fiti" oldu.Elçin Məmmədovun bu səfeh fitindən sonra "Xəzər Lənkəran"ın cərimə meydançasına ötürülən top qolla sonuclandı.Belə demək mümkünsə Elçin Məmmədovun iki səhfi və ya bilərəkdən etdiyi hərəkətlər sonda "şorba"ya çevrildi.Düzdür bu "şorba"da Kamranın "ayağı 'da,Dimanın küləkdən "küyə düşən gözü' da qaynamışdı.Amma Elçin Məmmədov "şorba'nın aşbazı kimi qəbul olunmalıdır.Onu da qınamaq düz olmazdı,kişini bu işə vadar ediblər yəqin.Onun da çörəyi belə çıxır hər halda.Çörək çörəkdi də,kişi kimi qazan ya kişi kimi ye nə fərqi var axı...
Elçin Məmmədovun bu oyuna təyinat almasını eşıdən andan biz bu oyuna qiymət vermişdik.Az`qala, səhv etdiyimizlə razılaşcaqdıq.Ancaq bu dəfə də Elçin Məmmədov fenomeni öz sözünü dedi.
Elçin Məmmədov kimiləri belə çətin oyunlara təyin edənlər də,onlara arxalıq edənlər də,Elçinə və onun kimilərə bəraət qazandırmağa can atanlar da bir cılız millətin nümayəndələridirlər.O cılız millətin ki,torpaqları ermənidən ala bilmədikcə həmin torpaqların adını daşıyan bir futbol klubuna süni surətdə dayaq olmağa çalışırlar.Bəli, belələri Azərbaycanlı deyillər, millətlərinin adını bəlkə özləri bilərlər...
Maraqlıdır görəsən, külək Erməni tərəfdən əsirdi, ya Ermənilərə tərəf əsirdi...
Bölmə: |Baxış sayı: 730 | Yazar: ISLAM |
Всего комментариев: 0
der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz