www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » Oktyabr » 28 » "Qarabağ" - "Xəzər Lənkəran", Bir il əvvəl və bir il sonra.
00:30
"Qarabağ" - "Xəzər Lənkəran", Bir il əvvəl və bir il sonra.

"Qarabağ" - "Xəzər Lənkəran"

AFFA nümayəndəsi: Qürbət Həsənov

Hakim-inspektor: Səfər Haşımov

T.Bəhramov adına Respublika stadionu. Saat 16:00

 

 "Xəzər Lənkəran”  və "Qarabağ” ölkə çempionatları tarixində oktyabrın 30-da ikinci dəfə qarşılaşacaqlar. İlk belə oyun 30-oktyabr 2009-cu ildə qeydə alınıb. Həmin oyunda komandamız ev sahibi komandası ilə bərabər oyun sərgiləyib, bir dəfə də  real qol vəziyyəti yarada bilmişdi. Beləki, qapıçı Fərhad Vəliyevlə üz-üzə qalan Allan Lalin topu qapıdan keçirdə bilməmişdi, daha doğrusu "Qarabağ”ın qapıçısı həmin epizodda yaxşı oynamışdı. Ev sahiblərinin də demək olar ki, real qol vəziyyəti bir dəfə olub ki, onu da qola çeviriblər. Həmin oyunun 86-cı dəqiqəsində təzəcə meydana çıxmış Vüqar Nadirov müdafiəmizin sol cinahında boşluqdan istifadə edib Kamranın qoruduğu qapı istiqamətində yuxarı ilə  ötürmə verir, cərimə meydançasında olan iki futbolçudan biri Ruslan Poladov kobud səhvə yol verir. Rəqibin hücumçusu Rauf Əlıiyev səhvi bağışlamır və başla topu qapımıza göndərir.  Beləcə heç də yaxşı mənada yadda qalmayan həmin oyunun son dəqiqələrində qapımızdan qol görmüşdük.

O vaxtkı "Xəzər Lənkəran”dan indiki komandanın müsbət mənada fərqləri var. Beləki, Ağasəlim Mircavadovun baş məşqçiliyində komandamız nə  əvvəllər gördüyümüz  hücum futbolunu nümayiş etdirirdi nə də müdafiədə əməlli oyun sərgiləyirdi. Amma indi hücum xəttimizdə axsamaların olmasını fakt olaraq qəbul etsək də müdafiə barədə yaxşı sözlər demək mümkündür. Mirça Rednikin komandası meydanda 90-dəqiqənin sonuna qədər mübarizə aparır. Ağasəlim Miracavdovun dönəmində isə futbolçularımız maksimum 70-dəqiqə dözə bilirdilər. O vaxtkı məğlubiyyətlər bir başa baş məşqçinin ayağına yazılırdısa indi məğlubiyyətin günahkarı kimi bütün komanda göstərilir. Məsuliyyət komandanın hər bir üzvünə aid edilir.

Bir az da "Qarabağ” haqqında.

 O vaxtlar "Qarabağ” daha güclü heyyətlə seçilirdi və bütün komanda ilə meydanda əzmkarlıqla vuruşurdusa indi hücumların sona çatmasında və hətta qurulmasında da  əsasən Qeorqi Adamiyaya güvənirlər. O vaxt onların müdafiəsi keçilməız idisə , indi  "Simurq”lu gənc futbolçular da "Qarabağ”a bir oyunda iki qol vura bilirlər. Nəhayət ən çox diqqət çəkən məqam, ötən çempionatda "Qarabağ” Quzanlı qəsəbə stadionunda ev oyunılarını keçiridisə və rəqib komandalar zorla oraya aparılırdısa indi paytaxta üz tutublar ki, burada artıq rəqibə o dərəcədə təzyiq göstərmək mümkün deyil.

Daha bir müqayisə 2009-cu ildə keçirilən oyunun hakim inspektoru HK –nin sədri Xaqani Məmmədov idi, bu oyunu Xaqani Məmmədov yalnız komitə sədri kimi  izləyəcək.

Qeyd olunanlar "Xəzər Lənkəran”ın qələbə qazanmasına işləyən amillərdir.

Güman edirik ki, komanda bu oyuna tam hazırdır.

Azarkeşlər isə artıq hazırlıqlarına son veriblər. T.Bəhrəmov stadionunda yenə Lənkəranlı azarkeşlər çoxluq təşkil edəcəklər və 90-dəqiqə futbolçuları qələbəyə səsləyəcəklər.

   Ötən çempionatdakı oyunun nəticəsi:

30 Oktyabr  2009 

"Qarabağ" - "Xəzər-Lənkəran" 1:0

 

  Qarşıdan gələn oyunda arzu etdiyimz hesab:

30 Oktyabr  2010 

"Qarabağ" - "Xəzər-Lənkəran" 0:1

 

 

Bölmə: Premyer Liqa |Baxış sayı: 638 | Yazar: ISLAM |
Всего комментариев: 0
der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz