www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » May » 9 » “Qarabağ” – “Xəzər Lənkəran” oyunundan sonra Lənkəranda yaşayan azarkeşlərin fikirləri əsasında yazılıb,oxumaq maraqlıdır.
21:30
“Qarabağ” – “Xəzər Lənkəran” oyunundan sonra Lənkəranda yaşayan azarkeşlərin fikirləri əsasında yazılıb,oxumaq maraqlıdır.
“Qarabağ” – “Xəzər Lənkəran” oyunundan sonra Lənkəranda yaşayan azarkeşlərin fikirləri əsasında yazılıb, oxumaq maraqlıdır.

“Xəzər Lənkəran”ın futbolçularına qarşıdakı oyuna hazırlaşarkən motivasiyalanmaları üçün xüsusi mütəxəssis lazımdır. Çünki matçın ilk yarısında komandamızın futbolçuları həmin o çatışamayan motivasiyanın hesabına qapılarında iki qol gördülər. İkinci yarıda komandanın sərgilədiyi hücum futbolu isə qələbəyə yetmədi. Bunun da səbəbi motivasiya ilə müdafiə olunan “Qarabağ”lı futbolçular oldu.

Elçin Məmmədov və “Xəzər Lənkəran”

Statistikaya inanmayanlar yenə məyus oldular. Çünki “Xəzər Lənkəran”ın oyunlarına təyinat alan Elçin Məmmədovun baş hakimliyində komandamız yenə məğlub oldu. Həmçinin komandamızın qapısına qayda pozuntusu olmadığı halda təyin olunan cərimə zərbəsi bir ötürmədən sonra qolla nəticələndi. Qeyd edək ki, bir müddət öncə elə Quzanlı stadionunda keçirilən kubok oyununda “Xəzər Lənkəran”ın qapısına vurulan iki qolun hər ikisi cərimə zərbəsindən sonra vurulmuşdu. Həmin oyunda ilk qol bir başa cərimə zərbəsindən vurulsa da, ikinci qol ilk qolun müəllifi olan Rəşad Sadıqovun ötürməsindən sonra qapımızdan keçmişdi. Bu oyundakı ikinci qol, həmin oyundakı ikinci qola çox oxşadı. Müqayisə olunan iki oyunda vurulan 4-qolun 3-də qayda pozuntusu olmadan təyin olunan cərimə zərbəsi sonrası “Xəzər Lənkəran” qapısında qol gördü.
Bütün sadalanan oyun epizodlarında Elçin Məmmədovun rolu danılmazdır. Hətta zəhməti böyükdür desək yəqin ki, yanılmarıq. Eləysə statistikaya inanın cənablar.

"İdman Azərbaycan" kanalının məntiqi...

“İdman Azərbaycan”ın “Qarabağ” – “Xəzər Lənkəran” matçını şərh edən aparıcısna təşəkkür edirik, çünki oyunu yüksək səviyyədə şərh etdi?!. Düzdür hərdən bir səviyyəni də aşırdı. Sən demə, Ağdam rayonunun Quzanlı qəsəbə stadionunda bir neçə dəfə “Qarabağ” – “Qarabağ” deməklə bizim millətə milli ruh da qayıdarmış. Onun məntiqi ilə belə çıxır ki, bunu bir neçə oyunda ardıcıl olaraq elə bir neçə dəfə təkrar etməklə itirilən torpaqları qaytarmaq mümkün olar. Bir də ev sahibi komanda qol vuranda şərhçi "qol" sözünün "o" saitini o qədər uzadırdı ki, nəfəsi də çatmırdı. Qonaq komandanın yeganə qolunu isə sadəcə "qol" deyərək qeyd etdi. Yəqin, bir zamanlar Aztv də çalışan və “Xəzər Lənkəran” əleyhinə fikirlər sələndirən Elnur Əşrəfoğlu üçün rəhmətlik göndərməyə çalışır. Amma deyəsən heç birinə düşmür axı..?!

Emin İmaməliyev – Lənkərana gəlmə !!!

Emin İmaməliyev haqda isə Lənkəranda daha maraqlı fikirlərlə rastlaşdıq. Bir çox fikirlərin etikadan kənar olması səbəbindən səslənənlərin böyük əksəriyyətini oxuculara çatdıra bilmirik. Amma Lənkəranlı şair Tərlanın özünəməxsus formada reaksiya verməsi diqqətimizdən yayınmadı:- “Ağ saçına yaraşmayan üzdəniraq hərəkəti, Emin İmaməliyevə müxtəlif ləqəblərin verilməsinə şərait yaratdı”

P.S.Maraqlıdır görəsən Quzanlı stdaionunun mühafizəçiləri bu oyundan əvvəl və ya sonra “Qarabağ” azarkeşlərindən neçəsini təhqir edib və neçə nəfəri döyüblər.Bir də görəsən 3-yaşlı uşaq üçün Quzanlıda bir biletin qiyməti neçə manatdır ...?

Bölmə: |Baxış sayı: 661 | Yazar: ISLAM |
Всего комментариев: 0



Copyright MyCorp © 2024
Используются технологии uCoz