www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2009 » Noyabr » 6 » "Fırtınalar meydanı"nın "Fırtına"sı hazırdır.
01:30
"Fırtınalar meydanı"nın "Fırtına"sı hazırdır.
Bu yazı "Fırtına" fan klubunun rəsmi saytından götürülüb.Yazıdan göründüyü kimi "Fırtına" bu oyuna mükəmməl hazırlaşıb və digər azarkeşləri də fəal olmağa çağırır.

Bildiyimiz kimi, artıq "Böyük Oyun" adlandırdığımız "Xəzər Lənkəran" - "Neftçi" matçına az vaxt qalıb. Bu oyuna bütün Xəzərsevərlər kimi, biz də "Fırtına" Müstəqil Fan Klubu olaraq xüsusi hazırlıqlarla iştirak etməyi düşünürük. Artıq bir həftədir start verdiyimiz hazırlıqlar başa çatmaq üzrədir. Müxtəlif bannerlər, şüarlar artıq hazırdır. Bu oyuna hazırlıqla bağlı cümə günü, yəni 6 noyabr 2009-cu il tarixdə, saat 19:00-da Fan klubun növbəti toplantısı keçiriləcək və bir sıra təşkilati məsələlər müzakirə olunacaq. Oyun gününə gəlincə, səhər saat 08:00-da Gənclikdən avtobusla Lənkərana yola düşmək planlaşdırılır. Fan Klubumuzun Lənkərandakı çoxsaylı üzvlərini və sıralarımıza yeni qoşulmaq istəyənləri nəzərə alaraq, "Böyük Oyun"a hazırlıqla əlaqədar bazar günü keçirəcəyimiz oyun öncəsi toplantını Lənkəranda, məhz Lənkəranlı üzvlərimizlə birlikdə keçirmək niyyətindəyik. Bu toplantıda Lənkəranlı üzvlərimizin arzuları, təklif və iradları dinləniləcək və bütün səslənən fikirlərin icrasının mümkünlüyü araşdırıldıqdan sonra müvafiq tədbirlər görüləcək. Odur ki, Lənkəranlı üzvlərimizə toplantıya hazırlıqlı gəlmələri tövsiyyə edilir. Çünki burada səsləndirilən bütün fikirlərə obyektiv münasibət bildiriləcəkdir. Yerində həll ola bilən məsələlər dərhal həllini tapacaq, digər məsələlərə isə Bakıda Fan Klubun İdarə Heyətində aydınlıq gətiriləcəkdir. Qeyd edək ki, bu toplantı yalnız "Fırtına" fan Klubunun üzvləri üçün deyil, bütün Xəzərsevərlər üçün açıqdır. Bir daha 8 noyabr 2009-cu il tarixdə saat 14:00-da bütün Xəzərsevərləri Lənkəranda DəmirYolu Vağzalı yanında Mayak adlandırılan yerdə "Fırtına"nın "Böyük Oyun"a hazırlıqlarla və digər məsələlərlə əlaqədar keçirəcəyi toplantıya dəvət edirik.
Sevimli komandamızı prinsipial rəqiblə oyunda dəstəkləmək istəyən Lənkəranlılar, Xəzərsevərlər bu toplantıda mütləq iştirak edin. "Neftçi"ni Fırtınalar Meydanında Lənkərana gəlməklərinə peşman etməliyik.

Necə deyərlər "İlanın ağına da lənət, qarasına da"

Hörmətlə “Fırtına” Fan Klubu İdarə Heyəti

Bölmə: |Baxış sayı: 903 | Yazar: ISLAM |
Всего комментариев: 0
der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz