www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » Yanvar » 14 » "Xəzər Lənkəran”ın azarkeşlərini komandanın müdafiə xəttinin mərkəzi narahat edir və yeni, daha mükəmməl heyyət qurmaq işinə start verild
01:47
"Xəzər Lənkəran”ın azarkeşlərini komandanın müdafiə xəttinin mərkəzi narahat edir və yeni, daha mükəmməl heyyət qurmaq işinə start verild
-

"Xəzər Lənkəran”ın azarkeşlərini komandanın müdafiə xəttinin mərkəzi narahat edir və yeni, daha mükəmməl heyyət qurmaq işinə start verildi.

“lankaranfc.com” internet səhifəsində keçirilən sorğu başa çatıb. “Fikrinizcə hazırda “Xəzər Lənkəran”ın ən zəif mövqeyi hansıdır?” sualına cavab verən oxucular hesab edir ki, komandamızın axsayan mövqeyi müdafiə xəttinin mərkəzidir. Görünür, yeniləşmiş müdafiə xəttinin adaptasiyaya ehtiyacı mövsümün ilk yarısında özünü aşkar büruzə verib. Mövsümlərarası dövrdə heyətə iki mərkəz müdafiəçisinin (İvan Pexa və Tomas İneman) cəlb olunması və mövsümün gedişində onların hər ikisinin az qala məcburiyyətdən əsas heyətə buraxılması təsirsiz ötüşməyib. Premyer Liqanın startından cəmi ay yarım sonra Kostadin Canbazovun icazəsiz şəkildə komandamızın düşərgəsini tərk etməsi, Ruslan Poladov zədələndikdən sonra braziliyalı Denis Silvanın mərkəzdən sağa çəkilməsi təsirsiz ötüşməyib və komandamız “Qarabağ”dan sonra çempionatın ən az qol buraxan (17 oyun, 10 qol) komandası olmasına baxmayaraq, azarkeşlərin əksəri (34%) müdafiənin mərkəzini “ən zəif bənd” bilir.
1044 nəfərin qatıldığı sorğunun nəticələrinə görə, respondentlərin 19%-ni hücum xətti, 14%-ni isə yarımmüdafiənin mərkəzi narahat edir. Əvəzində “Xəzər Lənkəran”sevərlər cinahlardan və dayaq yarımmüdafiə zonasından razıdırlar.

Bu arada isə “Xəzər Lənkəran” Türkiyənin Belek şəhərində bir araya gələrək təlim-məşq toplanışına başlayıb. Ayın 28-dək davam edəcək hazırlıq prosesinin gedişində komandamız qüvvəsini dörd yoxlama oyununda sınayacaq.

Komandamız qonşu ölkədə hazırlığa aşağıdakı heyətdə başlayıb: Kamran Ağayev, Dima Kramarenko, Zabit Səfərov, Ruslan Poladov, İvan Pexa, Tomas İneman, Radomir Todorov, Dieqo Qusmao, Devran Ayhan, Rahid Əmirquliyev, Junior Osvaldo, Alim Qurbanov, Nizami Hacıyev, Ramazan Abbasov, Denis Kalinkov, Mario Souza, İvan Svetkov, Allan Lalin. Qarşıdakı günlərdə “Xəzər Lənkəran”ın məskunlaşdığı beş ulduzlu Cornelia De Lux Resort hotelinə müxtəlif vaxtlarda ona yaxın futbolçu qoşulacaq ki, məşqçilərimiz sınadıqdan sonra onlardan bir neçəsini heyətə cəlb edəcək.
Bazar günü – yanvarın 17-də “Xəzər Lənkəran” ilk sınaq oyunu keçirəcək. Böyük ehtimalla komandamızın ilk sparrinq-rəqibi Belarus təmsilçisi “Vitebsk” olacaq.
Qeyd edək ki, komandamızla yanaşı Rusiya Premyer-liqasının təmsilçisi “Rostov” və Almaniyanın 3-cü liqasından “Unterhahinq” də Cornelia De Lux Resort-da məskunlaşıblar.

Bölmə: |Baxış sayı: 889 | Yazar: XLfaqnat |
Всего комментариев: 0
der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz