Ana Səhifə» 2010»May»28 » Ramin Musayev,Berti Focts...sonra kim ?
18:47
Ramin Musayev,Berti Focts...sonra kim ?
Ramin Musayev:
"Mən Anar müəllimə dedim ki, bu qol ədalətli oyun baxımından düzgün deyil. Söz-söhbət olmaması üçün qol buraxın. O da "oldu" dedi. Hətta Anar müəllimin yanında oyunu izləyən yığmamızın baş məşqçisi Berti Foqts da azərbaycanca bilməyə-bilməyə nə dediyimi anladı və əl işarəsi ilə fikirlərimi təsdiqlədi. Məmmədov da kiməsə zəng vurdu".
Bu hələ başlanğıcdır.Növbə kimindrsə buyursun.
Ədalətin zəfər çalmasına xidmət göstərmək qəbahət deyil.
Biz bağışlamağı bacarırıq. Qoy “Bakı” klubu da Fair-Play qaydalarını pozduğuna görə üzr istəsin və o zaman bağışlamaq haqda biz də düşünərik.Günlər keçir,UEFA kubokunun püşk atma mərasiminə az qalıb.Həmin gün artıq gec olacaq.O vaxta qədər biz “Bakı” klubu ilə avroliqda rastaşacağı ehtimal olunan klubların rəsmi internet saytlarına Azərbaycan kubokunun finalındakı biabırçı görüntüləri təqdim edəcəyik.Ağ-göy rəngli köynəklərlə tribunalarda həmin qola sevinən insanları görən avropalılar nə deyəcək ?
Bu “Bakı” klubunun bir fan klub üzvülərinin sayı qədər olan azarkeşləri haqda,eyni zamanda kubokun finalında birdən birə peyda olan “köynək dostları” haqda hansı fikirləri yaradacaq ?
Günlər, saatlar “Bakı”nın əleyhinə işləyir.
Nə qədər gec deyil, “Bakı” - adındakı ləkəni sil !