Lənkəranda Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş futzal
turniri keçirləcək.
Bu turnir barədə ətarflı məlumat əldə etmək üçün təşkilatçı
Vaqif Rəşidovla əlaqə saxladıq. Məlum oldu ki, milli qəhrəman Mübariz
İbrahimovun xatirəsinə həsr olunmuş futzal turnirinin təşkilatçısı Vaqif bəyin məqsədi vətənpərvərlik ruhunun təbliğidir.
Turnirin
təşkilində və keçirilməsinin özündə də qəribə amma alqışa layiq məqamlar
diqqətimizi çəkdi. Beləki, turnirdə çıxış edən komandaların mübarizə aparacağı
qrupların sıra nömrələri olmayacaq, əvəzində isə hər bir qrupa işğal altında
olan rayonlarımızın adları veriləcək. Məsələn Kəlbəcər qrupu, Xocavənd qrupu, Ağdam
qrupu, Laçın qrupu və s. Yerdə qalan digər qruplara "Qırmızı bazar” və "Daş
altı” adları veriləcək. Beləcə turnirin təşkilatçısı işğal altında olan torpaqların cəmiyyətimizdə
unudulmamasına çalışır. Əlbəttəki biz də öz növbəmizdə bu turnirə istənilən
informasiya dəstəyi verməyə hazır olduğumuzu bildirdik.
Qeyd
edək ki, turnirdə iştirak etmək istəyənlər noyabrın 15-dən dekabrın 4-nə qədər komandaların
sifariş vərəqlərini təqdim edə bilərlər. Dekabrın 5-də püşk atılacaq və 19-dekabr
tarixində start götürəcək turnirin finalı 2011-ci il fevralın 7-də olacaq. Xatırladaq
ki, 7-fevral şəhid Mübariz İbrahimovun doğum günüdür.
Oyunlar
Lənkəran olimpiya kompleksinin örtülü zalında keçiriləcək.