“Xəzər Lənkəran”ın ölkə xaricində təşkil olunan təlim-məşq toplantısında bir neçə legioneri baxışdan keçirəcəyi bildirilmişdi.İyunun 13 və 14-də informasiya vasitələrində komanda haqda heç bir məlumat verilmdikcə, Lənkəranlı azarkeşlər narahat olmağa başlayır və informasiya qıtdığından şikayətlənirlər.Son iki gün ərzində ümumiyyətlə bütün internet portalları və qəzetlər dünya çempionatını işıqlandırdığından,Lənkəranda informasiya boşluğu yaranıb. “Xəzər Lənkəran” haqda gündəlik informasiya almağa alışmış azarkeşlər müxtəlif vasitələrlə narazılıqlarını biruzə verməyə çalışırlar.Hətta bir neçə fəal azarkeş Lənkərandan Almaniyaya gedərək komandanın məşqlərini yerində izləyəcək, “Şaxtyor” ilə yoldaşlıq oyunu barədə saytımıza bir başa telefon vasitəsi ilə məlumat da verəcəklər.