www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » Aprel » 29 » ...sifarişlə bizi qaniçən kimi qələmə verməklə haqqımızda ictimaiətdə...
20:51
...sifarişlə bizi qaniçən kimi qələmə verməklə haqqımızda ictimaiətdə...
“AntiNeftçi” hərakatının bəyanatı.
“AntiNeftçi” hərakatından “Neftçi” fanatlarına son şans.
“Xəzər Lənkəran” klubu yaranandan bəri, “Xəzər Lənkəran”ın “Neftçi” ilə Bakıdakı oyunlarında rastlaşdığımız haqsızlıqlar bizi “AntiNeftçi” hərakatını yaratmağa məcbur etdi.Hər dəfə komandamızın “Neftçi” ilə Bakıda keçirilən oyunlarında iştirak etmək üçün paytaxta gedərkən biz Lənkəranlı azarkeşlər özümüzə qarşı həmişə pis davranış görmüşük.Bu, həm “Neftçi” fanatları tərəfindən olub,həm də asayiş keşikçiləri tərəfindən.Amma bütün hallarda aranı qarışdıran ev sahibi komandanın fanatları olurdu.Son dəfə də fevral ayında “Neftçi” fanatlarının bizi daşqalaq edərək müxtəlif formalarda təhqir etməsinin video görüntülərini də bir çoxları izləmişdir.Biz də Lənkəranlı futbol azarkeşləri olaraq may ayının 1-də Bakıda keçiriləcək “Neftçi” – “Xəzər Lənkəran” oyununa gedərkən atıq bu vaxta qədər olanların təkrarlanmaması üçün özümüzü qorumaq qərarına gəlmişdik.Son günlər haqqımızda ölkə mətbuatında təqdim olunan yazıları izlədikcə bizim hərakatın nədən və hansı səbəblərdən yaranmasını anlamayanların çoxluğunu gördük.Bu çoxluq ya bilərəkdən, ya da sifarişlə bizi qaniçən kimi qələmə verməklə haqqımızda ictimaiətdə pis fikir yaratmış və bizi gözdən salmağa çalışmışlar.
Lakin biz “Xəzər Lənkəran” azarkeşləri olaraq daim mədəni və sivil formada komandamıza dəstək olmuşuq və bu vaxta qədər daşqalaq olunmağımıza,söyülərərək,təhqir olunmağımıza rəğmən heç vaxt qeyri insani hərəkətlərə yol verməmişik.İndi isə futbol ictimaiətinə bizi vəhşi kimi tanıtdırmağa çalışanlara sözümüz var. “Futbol azarkeşlər üçün oynanılır” deyimi vardır.Amma bizim ölkədə, kənar qüvvələrin əli ilə azarkeşlər oynadılır.Bu oyunda isə oyun qurucularına yaxın olanlar törətdikləri bütün vəhşiliklərdən sonra da həmişə reklam olunur,əks tərəfdə qalan azarkeşlər isə daim qeyri sivil addımların sahibi kimi qələmə verilir.Acı reallığımız bundan ibarətdir.Biz “AntiNeftçi” hərakatını yaradanlar bəyan edirik ki,bu hərakatın yaranması yalnız özünü müdafiə xarakteri daşıyırdı və son günlər mətbuatda haqqımızda səslənən fikirlərin əksini sübut etmək üçün biz “AntiNeftçi” hərakatı olaraq bir oyunluq geri çəkilirik.Əgər həqiqətən də “Neftçi” fanatları daha sivil və daha mədənidirlərsə, mayın 1-də keçiriləcək “Neftçi” – “Xəzər Lənkəran” oyunundan əvvəl və sonra öz bacarıqlarını göstərsinlər.
”Xəzər Lənkəran”ımızı iyrənc şüarlarla şərəfsiz adlandırmasınlar,Lənkəranlı azarkerşləri etnik ayrıseçkilik zəminində təhqir etməsinlər və digər alçaldıcı əməllərə yol verməsinlər.
Bu, “Neftçi” fanatları üçün son şansdır.Əgər “Neftçi” fanatları özlərini sübut edərlərsə, biz də onlarla bundan sonra sivil qaydada rəftar edərik.Yox əgər bu oyunda da hər hansı bir qeyri sivil addım atarlarsa,o zaman biz də bundan sonra “AntiNeftçi” fəaliyyətimizdə daha kəskin olarıq.
İlk addımı biz atdıq.
AntiNeftçi hərakatı. 29 Aprel 2010 .
Bölmə: |Baxış sayı: 629 | Yazar: ISLAM |
Всего комментариев: 0
der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz