Ana Səhifə» 2010»Fevral»8 » “Simurq”- “Xəzər Lənkəran”.
18:12
“Simurq”- “Xəzər Lənkəran”.
Premyer Liqasında iştirak edən komandaların əvəzedici heyətləri arasında keçirilən çempionatın XIX turunda “Xəzər Lənkəran” Zaqatalada yerli “Simurq”a məğlub olub – 0:3.
İlk dəqiqələrdən üstünlüyü əla alan meydan sahibləri artıq 23-cü dəqiqədə hesabı açmağa müvəffəq olublar. Daha sonra Zaqatala şəhər Olimpiya İdman Kompleksinin stadionunda keçirilən oyunda futbolçularımız nisbətən fəallaşıblar. Lakin görüşün taleyi ikinci yarıda həll olunub. Zaqatalalılar 72-ci və 77-ci dəqiqələrdə Rüstəm Məmmədovla Asim Babazadənin simasında iki qola da imza ataraq komandamızın darmadağınını rəsmiləşdiriblər.
“Xəzər Lənkəran”ın əvəzediciləri növbəti oyununu fevralın 15-də Lənkəranda turnirin lideri “Qarabağ”a qarşı keçirəcəklər.