www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » Mart » 19 » Şişmiş milli üzvləri.
00:18
Şişmiş milli üzvləri.
Azərbaycanın aparıcı futbol qəzeti olan "Futbol +" qəzetinin 19 mart tarixli nömrəsində gedən bir yazını təqdim edirik.Müəllif hamının yaxşı tanıdığı Hüseyn Cəbrayıloğludur.Heç kəsin deyə bilmədiyini,görüb göz yumduğunu və ya iştirakçısı olduqları iyrəncliklərə sərt,eyni zamanda layiqli münasibət.Həqiqətləri qəbul edə bilməyənlərin və geri zəkalıların bu yazını oxuması məsləhət görülmür.
Hüseyn Cəbrayıloğlu.
Şişmiş milli üzvləri ...və ya sən kimsən, Elnur Allahverdiyev?
Lənkərana, Azərbaycan kubokunun 1/4 final qarşılaşmasının cavab oyununa gələn "Qarabağ" şə-hərə sanki özləriylə birgə əlavə rəng də gətirmişdi. İki gün öncədən oteldə məskunlaşan ağ-damlılara diqqət böyük idi. Vaxtilə Azərbaycan çempionatında Qurban Qurbanovla birgə top qo-van Lənkəranın veteran futbolçuları ayrı-ayrılıqda otelə təşrif buyuraraq, gənc çalışdırı-cıyla görüşüb dərdləşir, otel qarşısında duran klubun ağ rəngli avtobusuna işarəylə dəstə ha-lında keçən yeniyenitmələrin "bunlara hallaldı. Özümüzkülərdi e, amma sübut etdilər bizdə də futbolçu var" deməsi isə son vaxtlar hamının diqqət mərkəzinə düşən millinin və "Qarabağ"ın futbolçularının belə desək, alın təriylə qazandığı xoş və diqqətəlayiq söz mükafatlarından biri idi. Hətta mənim telefon nömrəmi tapıb zəng edərək nəvəsinin ağdamlı futbolçuların bir neçəsiylə şəkil çəkdirməsi üçün necə kömək edə biləcəyimi soruşan Ağarza adlı ağsaqqala "saat 5-də stadionda məşqləri olacaq, ora gedin və problemsiz nəvənizin istəyini həyata keçirin" de-yərkən özüm də təəccüblənmişdim. Amma inanmıram bundan sonra bu böyüklükdə diqqəti və ehti-ramı meydandakı mübarizə əzmiylə qazanan yerli futbolçulara bir daha əvvəlki münasibət gös-tərilsin. Canlı yayınla işıqlandırılan matçda meydandan qovulan millinin üzvü Elnur Allah-verdiyevin ölkənin ən nüfuzlu referisinə göstərdiyi jestləri, 4-cü hakimi saymazyana itələ-məsini görənlər, "Futbol+"in cümə axşamı sayında adıçəkilən matçın reportajının matçdankə-nar bölümünü oxuyanlar bir daha səni və sənin timsalında yerli futbolçuları sevməyəcək, El-nur Allahverdiyev! Sən bizə, Azərbaycan futbol ictimaiyyətinə nə vermisən ki, hətta vitse-pre-zidentini, səni bu səviyyəyə çatdıran baş məşqçini dinləməməyin bir tərəfə, o qədər insanın gözü qarşısında FİFA referisi, ölkədə yeganə az-çox nüfuz sahibi olan Vüsal Əliyevin ailə üzvlərini təhqir edirsən. Sənin yaşını dəqiq bilmirəm, amma mən matçsonrası olaylarla maraq-lanan 30 illik uşaqlıq dostuma sənin söyüşlərini tam deyə bilmədim. Lənkəran şəhər stadionu-nun qadın texniki işçilərinin eşitdiyi o sözləri hansınız öz yaxınlarınızın yanında qış-qıra bilərsiz? Sən və sənin kimilər Lənkəranda keçirilən Azərbaycan - Finlandiya matçındakı məğlubiyyətdən 40 dəqiqə sonra Lənkəranın "Dostum" kafesində qəlyan çəkənlər deyilsizmi? Mən hər addımbaşı vətənpərvərlikdən danışan Ağdam klubu rəhbərliyinin millinin və Qarabağın adını daşıyan klubun formasına hörmətsizlik göstərən futbolçunu cəzalandırmayacağına şə-hadət verirəm. Amma bundan sonra kim məni qınayırsa, qınasın, Azərbaycandan güclü futbolçu çıxmaması üçün dua edəcəm. Qardaşım, Binədən o tərəfə keçən millimizdən imtina etmək həvəsi-nə düşür, millinin üzvü Samir Abbasov "Xəzər Lənkəran" - "İnter" qarşılaşmasından sonra on-dan oyunla bağlı reaksiyasını öyrənmək istəyərkən mənimlə bazarlıq edir: "Sən mənə məni tən-qid edən Anar Şabanoğlunun nömrəsini ver, sonra". Belə çıxır, milli bir-iki dəfə də Lixtenş-teyn kimi poçtalyonların komandasını udandan sonra Elnur və onun kimilər biz jurnalistləri döyəcək, vitse-prezidentinə "yeri alə" deyəcək, hakimlərin şərəfini bir qəpiklik edəcək? Edin, şişmişlər, edin! Futbolumuzun başında duranlar Hondurasla Paraqvayı, Lüksemburqla Lixtenşteyni səhv salırsa, bütün eybəcərliklərə şahidlik edib sonra millinin bir xarici sə-fərinə getmək üçün şərəfini, əqidəsini və ən əsası qələmini satan jurnalistlər, idman saytları varsa, edin! Azərbaycan futboluna bu yaraşır zatən!
Mənbə: "Futbol +" qəzeti .
Bölmə: |Baxış sayı: 662 | Yazar: ISLAM |
Всего комментариев: 0
der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz