Ana Səhifə» 2010»Dekabr»16 » Son iki həftəyə nələr olacaq...
00:28
Son iki həftəyə nələr olacaq...
14-gün
qaldı ?
Yeni azarkeş saytına "Dəstək ol !” çağırışı
davam edir.
Yeni
ildən yeniazarkeş saytının açılmasını
istəyənlər"Dəstək ol !” kompaniyasına
qoşula bilərlər. Ölkədə müxtəlif veb və vap versiyalı saytlar mövcuddur ki, bu
informasiya vasitələri idman sahəsində xüsusən də futbolumuzda baş verənləri işıqlandırır.
Lakin heç də onların hamısı azarkeşlərin ürəyincə olan məlumtları yaymır. Azərbaycan
futbolunun aparıcı azarkeş kütləsi olan "XəzərLənkəran” azarkeşləri informasiya monopoliyasının ədalətli olmayan mövqeyindən zaman zaman gileylənir.
Biz məhz
"XəzərLənkəran” azarkeşlərinin mənafeyini
qoruyacaq veb və vap versiyalı operativ informasiya yaymaq imkanlarına malik
internet saytının açılışı ideyasını ortaya qoymuşuq. Mütəmadi olaraq yeni sayt
vasitəsi ilə nə kimi işlərin görüləcəyi barədə məlumatlar veririk. Son günlər
isə daha bir maraqlı təklif tərəfimizdən müzakirə olunaraq bəyənildi. Beləki, "Xəzər
Lənkəran” komandasının Lənkəranda keçirdiyi məşqlərdən yeni saytda veriləcək
onlayn xəbərlərə əlavələr olunacaq. Komandanın məşqi gedən zaman saytda mözu
açılacaq və azakeşlər hər hansı bir futbolçuya məşqin sonuna qədər istənilən sualı verə biləcəklər. Məşq bitincə
isə həmin futbolçu dərhal sualların ən maraqlılarını cavablandıracaq. Dünyanın
istənilən yerindən azarkeşlər bu cavabları anındaca alacaqlar. Bundan əlavə
komandanın hər bir futbolçusunun öz bloku olacaq və azarkeşlər günün istənilən
vaxtı oraya fikirlərini və suallarını yaza biləcəklər. Futbolçular isə onlar üçün
günün münasib olan vaxtında saytda fikir mübadiləsinə qoşula biləcəklər. Legionerlər
üçün azarkeş sualları onların öz ana dilinə tərcümə ediləcək, onların da cavabları
eyni qaydada Azərbaycan dilinə tərcümə olunaraq saytda operativ şəkildə təqdim olunacaq.
Bu da azarkeşlərlə futbolçular arasında sıx əlaqələrin yaranmasına xidmət edəcək.
Bütün
bunların və digər yeniliklərin həyata keçirilməsi isə üçün dəstək olmaq
lazımdır.
İlin
sonuna qədər "Dəstək ol!” komapaniyasını
davam etdirməyi düşünürük . Bu müddət ərzində
bank hesablarına yığılacaq məbləğə yeni saytın hər iki versiyasını operativ
çaışdırmaq üçün avadanlıqlar alınacaq, həmçinin saytın normal fəaliyyətini təmin
etmək üçün ofis tutulacaq. Beləliklə, ilin
son 14-günü ərzində azarkeşlərin fəallıq
göstərəcklərinə inanırıq.
14-gün
qaldı - sən də "Dəstək ol! "
Sonda
bir daha bank hesab nömrələrini xatırladırıq: