Kamran Ağayev, Mario Souza və Denis Kalinkov 2009-10-cu illər mövsümünün ilk yarısında “Xəzər Lənkəran”ın ən yaxşı oyunçularıdı.
Lankaranfc.com saytının keçirdiyi və ümumilikdə 558 nəfərin qatıldığı sorğunun yekunlarına görə Azərbaycanın ən yaxşı futbolçularından olan milli qapıçı və “Xəzər Lənkəran”ın kapitanı - azarkeşlərin sevimlisi Kamran Ağayev respondentlərin təxminən 1/3-nin (32% - 178 nəfər) səsini qazanıb. PFL tərəfindən noyabr ayının ən yaxşı futbolçusu sayılmış braziliyalı legionerimiz Mario Souzanın xeyrinə 150 nəfər (27%) səs verib. Super Mario payızın son ayında doğrudan da fantastik performans sərgiləyərək onun qocaldığını düşünənlərə tələsməməyə çağırmışdı. Qeyd edək ki, hücumameylli yarımmüdafiəçi olan Mario ilk 18 turdan sonra Allan Lalinlə (4%- 22 nəfər) birgə komandamızın ən yaxşı bombardiri (6 qol) olmuşdu. Üçuncu pillə isə son illər komandamızın ən uğurlu tapıntısı olan Denis kalinkova qismət olub – moldovalı səslərin 15%-ni (84 nəfər) toplaya bilib. Premyer Liqanın startında qollarıyla komandamıza önəmli xallar qazandıran Kalinkov şübhəsiz ki, ölkəmizdə çıxış edən ən güclü cinah hücumçularındandı.
Sorğunun digər nominantları isə ümumilikdə 26% səs toplayıblar ki, burada da əsas pay İvan Svetkov (8% - 45 nəfər), Devran Ayhan, Allan Lalin (hər ikisi 4% - 22 nəfər) və Rahid Əmirquliyevin (3% - 17 nəfər) payına düşür.
Hazırda isə lankaranfc.com saytının sorğu bölməsində azarkeşləri belə bir sual gözləyir:
Fikrinizcə “Xəzər Lənkəran” hazırkı heyətlə hansı uğura imza atmağa qadirdir?