Bakıda təhsil alan 20-yaşlı tələbə, eyni zamanda "Xəzər Lənkəran" azarkeşi Azər Şəfiyev saytımıza müraciət edərək böyük oyunda başına gələnlərdən danışdı.
"Neftçi" fanatlarının tribunasının yaxınlığından keçirdim,onlar Lənkəranlıların ümumilikdə ünvanına söyüş söyürdülər.Mən onların bu hərəkətinə dözə bilmədim və hamımızın Azərbaycanlı olduğumuzu dedim,ardınca onlar məni və ətarfımdakıları söyməyə başladılar. Mən polisə müraciət edib onların qarşısını almaqlarını xahiş etdim,əhəmiyyət verilmədiyimi görüb yoluma davam etdim,daha sonra əsəbimdən əlimdəki qəzeti onlara tərəf atdım. Stadiondakı tribunaların tozlu olduğu üçün hər oyunda özümlə qəzet aparıram.Artıq "Neftçi" fanatlarından xeyli məsafədə uzaqlaşmışdım, atdığım qəzet heç tribunaya da çatmadı.Üzümü çevirib 5-6 addım getmişdim,birdən arxadan başıma dəyən zərbədən çevriləndə polislərin məni tutduğunu gördüm. Onlar məni polis şöbəsinə apardılar.5-saat orada hədə qorsxuya məruz qaldım,təhsil aldığım universitetdən qovulacağımla hədələdilər.Guya təxribat etdiyimi bildirdilər. Məndən əlavə 3-nəfər də futboldan gətirilən var idi.Heç nə anlaya bilmirdim.5-saatın tamamında müəyyən şərtlərlə oradan buraxıldım...