Ana Səhifə» 2010»Sentyabr»13 » STADIONDA QIZĞIN İŞ GEDİR...
19:22
STADIONDA QIZĞIN İŞ GEDİR...
Qabaqcadan
xəbər verildiyi kimi bu gün saat 17:30-da "Fırtınalar Meydanı”na yollandıq.Stadionun hər
tərəfini gəzib görülən işlərlə yaxından tanış olduq.Stadionun ərazisində qızğın
iş gedirdi.Biz stadiona daxil olarkən iş növbəsi dəyişirdi.Birinci növbədə
çalışanlar yerlərini ikinci növbəyə verirdilər.İş qüvvəsi kimi cəlb olnmuş
əlavə qüvvələr isə hələ iş başında idilər.Onu da öyrəndik ki,ikinci növbənin
işçiləri hər gün gecə yarısına qədər çalışırlar.Bizim orada olduğumuz yarım
saat ərzində iki yük maşınının dolusu palçıq stadionun həyətindən çıxarıldı.Biz
həm tribunaları,həm stadionun ərazisini həm də meydanı gəzərək ümumi
vəziyyətlə tanılş olmaq istədik.Tribunalarda oturacaqları böyük oyuna silib
təmizləməklə hazırlamaq olar.Stadionun ərazisində gedən intensiv işləri görüb
əminniklə demək olar ki,ümumilikdə "Xəzər
Lənkəran” stadionu sentyabrın 25-də öz köhnə
vəziyyətində olacaq.Konkret olaraq meydançanın ot örtüyü haqqında daha ətraflı isə növbəti yazıda...