www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2011 » Fevral » 15 » Təkrar biliyin anasıdır...
18:21
Təkrar biliyin anasıdır...

Saytımızın 2-əməkdaşı Lənkəranın qəzet köşklərini dolanaraq "futbol+”  qəzetinin bu günki satışı ilə maraqlandı. Nəticə ürəkaçan oldu – cəmi 11-ədəd satış ! Nəzərə alsaq ki, Lənkəran sakinləri kimi futbola bağlı insanların böyük əksəriyyəti  qəzetin bu nömrəsini almaqdan imtina ediblərsə deməli məqsədimizə çata bilmişik.

Deyilənlərə görə "Futbol+” qəzetinin 15-fevral tarixli sayında bizi yalançı kimi qələmə verməyə çalışan müəllif , saytımızı da etibarsız mənbə saydığını bildirib. Əvvəla onu bildirək ki, biz kimlərin üçünsə mənbə olmaq fikrində deyilik. İkincisi də biz saytımızda bayquş gətirmək istəyində olan insanlardan bəhs etmişdik. Eynəksiz oxuya bilmyərək eynəyini itirənlər üçün xüsusi olaraq bayquş haqqında saytımızda 3- Fevral  tarixində  təqdim olunan yazını təkrar təqdim edirik:

"Xəzər Lənkəran” azarkeşlərindən qeyri adi addım...

"Böyük oyun”da qarşılaşacaq iki klubun fanatları arasında olan  münasibət ölkənin futbol ictimaiətinə məlumdur. Bu mənada  matçın  "Böyük oyun”  statusu qazanmasında  fanatların fəallığı əsas amil sayıla bilər. 2004-cü ildən keçirilən bu oyunların az qala hər biri tribunalardakı  qalmaqallarla yadda qalıb.

 Fevralın 13-də keçirləcək  "Neftçi” – "Xəzər Lənkəran”  oyunu da deyəsən istisna olmayacaq.  Beləki, oyuna  Lənkərandan yollanacaq bir qrup azarkeş rəqib klubun fanatlarına onların ürəyincə olmayacaq xüsusi bir hədiyyə hazırlayıb. Bu hədiyyə Lənkəranlı azarkeşlərin "Neftçi” fanatlarına olan münasibətinin göstəricisi kimi də qəbul oluna bilər...

Adətən dostluq əlaqələri olan müxtəlif klubların fanatları biri-birilərinə qarşı hörmət və dostluq mesajları  göndərir, qonaq komandanın fanatları ev sahibi komandanın azarkeşləri tərəfindən qarşılanır və yola salınır, oyun  başlayarkən sülh rəmzi olan ağ göyərçinlər havaya uçurulur və s.

Amma  sürpriz hazırlayan həmin bir qrup Lənkəranlı azarkeşin özləri ilə aparacaqları və rəqib klubun fanatlarına təqdim etmək istədikləri  "quşu uçurmaq”  heç də sülhə işarə sayıla bilməz.

Fevralın 13-də paytaxta meşə bayquşunu  aparmaq fikrində olan  Lənkəranlı azarkeşlərdən biri hədiyyəni necə əldə etdiklərini də gizlətmədi. Demə bu bayquşu ölkə xaricindən,  dəqiq desək Rusiya federasiyasının Kemerova vilayətindan sifarişlə gətiriblər və bu necə deyərlər  "düşər – düşməzi” olan quş onlara 220 dollara başa gəlib...

 P.S. Bəlkə də cənublu azarkeşlər,  paytaxt klubunun barmaqla  sayıla biləcək fanatlarını "Nə, necə, harda” (Что,где, когда)  oyununa dəvət edirlər... Hər halda o intelekt oyununda  həmişə ağıl qələbə çalır. Təki "Neftçi” – "Xəzər Lənkəran” oyununda da qərəz  deyil,  ağıl və ədalət  sonda sevinən tərəf olaydı...

İndi kimin yalançı və kimin də etibarsız olduğunu dəqiqləşdirmək olar...

 

Bölmə: 12cioyuncu Azarkeş Qrup xəbərləri |Baxış sayı: 722 | Yazar: ISLAM |
Всего комментариев: 0



Copyright MyCorp © 2024
Используются технологии uCoz