www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » İyul » 5 » Trass "QAİ"isi : -mən futbol və futbolçu ....mirəm...
23:18
Trass "QAİ"isi : -mən futbol və futbolçu ....mirəm...
Atmacalar və replikalarla dolu məşq və ya "Olimpiya"nın qara tüstüsü...
*
"Xəzər Lənkəran" komandası iyulun 5-də saat 19:00-da axşam məşqinə şıxdı.Müxtəlif isinmə hərəkətlərini yerinə yetirəndən sonra komanda ikitərfəli oyuna başladı.Diqqət mərkəzində olan Zaur Ramazanov fəallığı ilə seçilirdi.Məqşi izləyən azarkeşlərin alqışını daha çox qazanan da dəqiq ötürmələri və vurduğu qola görə məhz Zaur Ramazanov oldu.
*
Kamran Ağayevin məşqə vaxtında yetişmək üçün paytaxtdan gələrkən Lənkəran şəhərinin girəcəyində,daha dəqiq Liman şəhərində yol polisi tərəfindən saxlanıldığını da öyrəndik.Özünü "QAİ" əməkdaşına təqdim etdiyinə görə peşiman olan və "mən futbol və futbolçu ....mirəm" sözlərini eşidən Kamran bütün əsəbini cəm edib ,məşq zamanı qapıda qalarkən çərçivəyə yönələn zərbələri qeyri adi hərəkətlərlə dəf etməklə acığını topdan çıxırdı.
*
Məşqin ilk 15-dəqiqəsi ərzində düz 3-dəfə stadiona yaxın ərazidə yerləşən yaşayış evləri tərəfdən tüstü gəldi ki,həmin dəqiqələrdə stadionun başı üzərində əsən külək yalnız birinci tonqalın tüstüsünü bir başa məşq keçirilən yardımçı meydançaya qovdu.Hələ futbolçular isinmə hərəkərtlərini yerinə yetirərkən təxminən 2-3 dəqiqə ərzində azarkeşlər tüstünün hesabına futbolçuları təyin edə bilmirdilər,amma külək tüstnün istiqamətini dəyişəndən sonra futbolçular da rahat nəfəs aldılar.
"Üçüncü tonqalın" tüstüsündən sonra azarkeşlərdən biri "Dədə Qorqud" dastanını yada salıb: "-üç tonqal nəyin əlaməti idi ? " - deyə yanındakılardan soruşdu.Cavab verən azasrkeş isə bir az da qabağa gedib tüstünün rənginin qara olduğuna işarə edib:-"Bu qara tüstü, "Olimpiya"nın bizə dağ çəkəcəyinə görə xəbərdarlıq tüstüsüdür"
*
19:45-də stadionun həyətinə daxil olan mersedes markalı avtomobildən düşən futbolçu hamının diqqətini çəkdi.Bu "Xəzər Lənkəran"ın gürcü legioneri Davit İmedaşvili idi.Maşından düşüb bazaya yollanan gürcü futbolçu düz 10-dəqiqə sonra məşqə qatıldı. Məşq bitəndən sonra məşqçilər və futbolçular bazaya yollandılar,komandanın administratoru topları yığan zaman məşqi azarkeşlərlə birgə izləyən klubun icraçı direktoru, topa başla dəqiq zərbə vurararaq sonuncu topu da administratorun əlində saxladığı torbaya atdı.Bu zaman azarkeşlərdən biri epizoda belə qiymət verdi : - "Bu günkü məşqdə topa son zərbəni Höccət Hacıyev vurdu".
*
Bununla da hamı stadion ərazisini tərk eməyə başladı.Təkcə Kamran Ağayev başına yığışan 20-ə yaxın gənc azarkeşlə birgə meydanda qalıb meyxana deyərək deyişirdilər.Məşqin əvvəlindən nəzakətli davranışı ilə seçilən mühafizəçi isə kənarda qalaraq səbirlə baxır və onların söz ehtiyatının qurtaracağını həvsələ gözləyirdi...
Bölmə: |Baxış sayı: 705 | Yazar: 12cioyuncu |
Всего комментариев: 0
der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz