www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » Yanvar » 25 » Türkiyədə təlim məşq toplantısı çərçivəsində yanvarın 27-də Saturnla yoxlama oyununa çıxacaq Xəzər Lənkəran baxışa yeni futbolçu dəvət edib.
20:53
Türkiyədə təlim məşq toplantısı çərçivəsində yanvarın 27-də Saturnla yoxlama oyununa çıxacaq Xəzər Lənkəran baxışa yeni futbolçu dəvət edib.
Türkiyədə təlim məşq toplantısı çərçivəsində yanvarın 27-də Saturnla yoxlama oyununa çıxacaq "Xəzər Lənkəran" baxışa yeni futbolçu dəvət edib.
Mətbuata açıqlama verən Ağasəlim Mircavaov Belarusda oynayan braziliyalı hücumçu Maykonun “Xəzər-Lənkəran”a keçidi maliyyə məsələlərinə görə baş tutmadı sualına belə cavab verib.
- Xeyr, o özü Azərbaycanda oynamaq istəmədi. Rusiya, Ukrayna və Polşa klublarından təklif almışdı. Güclü çempionata getmək istəyirdi. Deyirdi ki, Azərbaycana 1-2 ildən sonra da gələ bilər. Mən də razılaşmadım, dedim gəlirsənsə indi gəl, sonra bizə lazım deyil. Səhv etmirəmsə, indi Polşada oynayacaq. Bilirsiniz, Azərbaycana axırıncı variant kimi baxırlar. Amma belə olmamalıdır. Bir misal çəkim, bizə Boliviya yığmasının futbolçusu gəlmişdi.

Qışda 4 mövqeyə futbolçu transfer etmək çox çətindir. Belə götürəndə, müdafiədəki problemi həll etmişik. Qalıb orta və ön xətt ki, bu da rəqabət yaratmaq məqsədi daşıyır. Yəni, bir-birilərinə kömək etmək məqsədilə. Çalışırıq ki, azad futbolçu transfer edək. İndi əksər futbolçuların öz klubları ilə müqavilələri var. Həm də bizim məqsədimiz kəmiyyətə yox, keyfiyyətə fikir verməkdir. Az olsun, səviyyəli olsun.
Türkiyədə hazırlığını davam etdirən “Xəzər-Lənkəran” klubuna daha bir legioner baxışa gəlib. 30 yaşlı braziliyalı yarımmüdafiəçi Kristian Martins Kabral bu gün yeni komandası ilə məşqə çıxıb.

Karyerası boyu yalnız Braziliyada oynayan Kristian “Parana”, “Nautiko”, “Amerika”, “Koritiba”, Velo Qlube”, “Quarani”, “Yuventus”, “İtuani”, “Palmeyras” kimi klublarda forma geyinib. 2005-2006-cı illərdə “Palmeyras”da tanınmış həmyerliləri – qapıçı Markos yarımmüdafiəçi Juninyo Paulista ilə komanda yoldaşı olub. Yeri gəlmişkən, hər iki futbolçu 2002-ci ildə Braziliya yığmasının heyətində dünya çempionluğunu qazanıb.

Kristian ötən ili “Vitoriya”da başlasa da, mövsümün gedişimdə “Portaleza”ya keçib. Onun karyerasında ən böyük uğuru ötən il “Votoriya”nın heyətində ştat çempionu olmasıdır. 1,68 metr boya, 65 kq çəkiyə malik futbolçu eyni zamanda Uruqvay vətəndaşlığına malikdir.

Qeyd edək ki, “Xəzər-Lənkəran” daha bir legionerin yolunu gözləyir. Əslində, nigeriyalı Opara Emaki hələ yanvarın 19-dan Antalyaya gəlməli olsa da, pasport problemi ilə üzləşdiyindən səfəri yubanır. 26 yaşlı hücumçu son illərdə Tunisdə oynayıb.

Bölmə: |Baxış sayı: 760 | Yazar: ISLAM |
Всего комментариев: 0
der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz