Oxucularımızın fikrincə, 2009/10 mövsümündə “Xəzər Lənkəran”ın ən uğurlu transferi Denis Kalinkovdu.
Saytımızda keçirilən növbəti sorğuya yekun vurulub. “Xəzər Lənkəran”sevərlərin və bütün digər oxucularımızın böyük əksəriyyəti hesab edir ki, cari mövsüm komandamızın ən uğurlu transferi gənc moldovalı futbolçu Denis Kalinkovdu. 24 yaşlı cinah hücumçusu 1131 nəfərin qatıldığı sorğuda respondentlərin 35%-nin (396 nəfər) səsini qazanmaqla liderliyə yüksəlib. Onu da qeyd edək ki, Moldova millisinin futbolçusu bu uğura son bir ayı zədə üzündən meydana çıxmaq şansı olmadan imza atıb.
Sorğuda ikinci yer gəlişiylə komandamızın hücumunun fiziki gücünü nəzərəçarpacaq dərəcədə artıran Emeka Oparaya qismət olub. 25 yaşlı “nigeriyalı qladiator” oxucularımızın 21%-nin (238 nəfər) səsinə sahib çıxıb. Nəhayət, üçüncü nominant – braziliyalı yarımmüdafiəçi Kristian Martins Kabral 18% (204 nəfər) səslə afrikalı komanda yoldaşından azacıq geri qalıb.
Digər nominantlarlardan isə Allan Lalinlə (11% - 124 nəfər) İvan Pexa (6% - 68 nəfər) fərqləniblər.
Artıq saytımızın sorğu bölməsində sizləri yeni sorğu gözləyir. Xahiş edirik ki, münasibətinizi bildirəsiniz.