Ana Səhifə» 2010»Sentyabr»21 » Əvəzedici heyyət qalib gəldi.
19:06
Əvəzedici heyyət qalib gəldi.
21 sentyabr
"Xəzər Lənkəran” – MOİK (Əvəzedicilər) 3:2
Hakimlər: İnqilab Məmmədov, Ramiz Məhərrəmov, Əli Cəbrayılov, Vurğun Talıbov.
Hakim-inspektor: Salman Vəliyev.
Lənkəran şəhər Olimpiya İdman Kompleksinin stadionu. Saat 17.00.
Premyer Liqada çıxış edən komandaların əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatının V turundan təxirə salınmış "Xəzər Lənkəran" – MOİK oyunu sentyabrın 21-də baş tudu..
İlk yarıdan oyunu izləyən azarkeşlərin marağına səbəb olan heyyət idi.Beləki,əsas heyyətin bir neçə futbolçusu Allan lalin, Adrian İordake, Ramazan Abbasov, Katalin Doman və Konstantin Arbanas əvəzedicilərlə birgə meydanda mübarizəyə qoşulmuşdu.Birinci hissədə meydan sahibləri oyunun rəqibin tərəfində keçirdilər.Qonaqlar qapalı oyunla əks hücuma bel bağlayırdılar.Hesab isə dəyişmirdi.İkinci hissədə Katalin Doman əvəz olundu.Ardıyca Arbanas,Allan Lalin və Adrian İordake də əvəz olundu.Yalnız Ramazan Abbasov gənclərə kömək etmk üçün əvəz olunmadı.Məhz bundan sonra meydanda qol yağışı başladı. Əvvəlcə MOİK penaltidən hesabı açır.Ardıyca "Xəzər Lənkəran” cavab topunu vurur.Ramazan Abbasov isə ikinci qolun müəllifi kimi sevinir.Daha sonra MOİK hesabı bərabərləşdirir.Lənkəran futbolunun yetirməsi Kazım Kazımlı 3-cü topu rəqibin qapısından keçirməklə matçın son qolunu vurdu.Beləliklə əvəzedici heyyətimiz 3:2-hesabı ilə qalib gəldi.
QRYD:Mirça Rednik və Mihay Keja da oyunu izləyirdilər.
İlk yarıdan fərqli olaraq fasilədən sonra azarkeşlərin sayı 100-dən çox idi.