www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » Sentyabr » 20 » Xəbəriniz var xəbərdən ? Ramin aşıb çəpərdən...
19:58
Xəbəriniz var xəbərdən ? Ramin aşıb çəpərdən...

Ramin Musayevin kişi sözü və ya Anar Salmanov Kamran Ağayevin "təşəkkürü” ilə təsəlli tapır . 


Sentyabrın 18-də kimlərsə soz verdilər, kimlərsə kişi sözünə inandı, kimlərsə də söyüş söydü...

Salyana getmək ideyası birdən yaranmışdı və həmişəki ənənəmizə sadiq qalaraq öz hesabımıza dost tanışın avtomaşınlarının yanacaq xərclərini çəkərək "Muğan” – "Xəzər Lənkəran” oyununda tribunada səsimiz batana qədər dəstək olduq.Düzü oyunun sonlarına yaxın daha çox hakimlərin və "Xəzər Lənkəran”a qarşı oyunbazlıq edənlərin qohum əqrabası artıq batmaqda olan səsimizlə yad olunurdu.Özümüz bunu istəməsək də.

Oyun bitən kimi də stadionu tərk edib qərara aldıq ki,yol boyu fan klub rəhbərlərinin və fəal azarkeşlərin fikirlərini öyrənmək üçün onlarla telefon əlaqəsi saxlayaq.

Bizim bilmədiyimiz hadisələr isə Salyan stadionunda baş verirmiş. 

Sən demə "Xəzər Lənkəran” klubunun haqlı tələblərinin qarşısında aciz qalan PFL prezidenti "Xəzər Lənkəran” klubunun rəhbərliyinə araşdırmalar aparılacağını və ədalətli qərarlar veriləcəyinə soz verib.Söz sözdür özü də kişi sözü.

İndi bizim üçün maraqlı olan odur ki,bu hoqqanı Ramin Musayevin təlimatları ilə hakimlər briqadası həyata keçiriblərsə onda necə olacaq ?

Yaxud PFL prezidentinin ümumiyyətlə hakimlər komitəsinə,hakim inspektorlar komitəsinə və nizam intizam komitəsinə əli çatmırsa o zaman verilmiş kişi sozünün dəyəri nə qədər olacaq ?

Görəsən qərar çıxaranlar Anar Salmanova haqq qazandırarlarsa Ramin Musayev nə vəziyyətdə qalacaq ?

İstənilən halda Ramin Musayev həmin anda vəziyyətədn çıxmaq üçün söz verib və indi dilinin bəlasına düşüb.Əslində bəla onun özüdür,futbolumuzun bəlası yəni.Kimlərsə vaxtı ilə futbolumuza qarğış edərək " Allah bəlanı versin” deyib.


**************************

Anar Salmanovun təsəllisi.

**************************



Bir çox internet portallarında "Muğan” – "Xəzər Lənkəran” oyunundan sonra cənub təmsilçisinin kapitanı Kamran Ağayevin, Anar Salmanova yaxınlaşaraq təşəkkür etdiyini qabartmaqla hadisəyə don geyindirməyə çalışırlar.Halbuki Kamran Ağayevin necə insan olduğunu bütün futbol ictimaiəti yaxşı bilir.O milli komandanın Almaniya qarşısında 1:6 hesablı məlubiyyəti sonrası meydanda kövrələrk ağlayırdı.

Amma onu zarafatları ilə atmacaları və sozü sətiraltı fikirlərlə deməklə tanıyanlar əslində daha yaxşı tanıyırlar.Kamran "Xəzər Lənkəran”ın bütün məşqlərində zarafatlarından qalmayan,bəzən meyxana deyərək gənc azarkeşlərlə deyişən,hər bir hadisəyə özünəməxsus şəkildə reaksiya verən həssas insandır.

Bunu bilərək yenə də olsa onun özündən eşitmək üçün müraciət etdik.Anar Salmanovun iddiasına görə o, oyun bitəndən sonra Anar Salmanova idarəçilikdən razı qaldığını bildirib.

Sual:

Bu düzdür ?

Cavab çox qısa və konkret oldu:

-Nə deyəydim ki,belə hakimliyə lağ etməyim nə edim...



Bölmə: Futboldan Kənar |Baxış sayı: 673 | Yazar: ISLAM |
Всего комментариев: 0
der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz