Ana Səhifə» 2010»Noyabr»24 » "Xəzər Lənkəran"a kimlər gəlir
01:56
"Xəzər Lənkəran"a kimlər gəlir
"Xəzər Lənkəran” artıq
indidən transfer siyasətini qurulması işi ilə məşğuldur. Klub xüsusi bir plana
uyğun olaraq komandaya yararlı olacaq futbolçularla danışıqlar aparır və bu iş
demək olar ki, tam məxfi saxlanılır. Beləki,
Premyer liqada mübarizə aparan klubların hamısını geridə qoyacağı ehtimal
olunan "Xəzər Lənkəran”klubunun transfer siyahısını əldə etmək hətta
bizə də çətinlik yaratdı. Bütün
kanallardan istifadə edərək adları internet portallarında bəziyən Banel
Nikolitsa, Romeo Surdu, Osman Ndoye və
Roberto Seçinadan əlavə hansı futbolçuların gətiriləcəyini öyrənməyə çalışsaq
da bu mümkün olmadı. Kluba yaxın olan mənbələr də məlumatsız olunca anladıq ki,
klub rəhbərliyi peşəkar yanaşma ilə yeni oyunçuların ovuna çıxıb. Əlbəttəki biz
də bu işi yalnız alqışlaya bilərik.
Bu
arada Rumınya mətbuatı da dinc qalmır. gsp.ro saytı, Osman Ndoyenin arxasınca Tükiyə klublarının düşdüyünü,
konkret olaraq isə"Manisaspor” və "Qaziəntepspor”un
Seneqallı futbolçuya elçi düşməsini iddia edir. Amma ilk növbədə "Xəzər Lənkəran”
Ndoye ilə anlaşa bilər. Bunun üçün Mirça
Rednik lazım olan məbləği də ödəməyə hazırdır. Əgər "Xəzər Lənkəran”la
razılaşma baş tutmazsa o zaman adları çəkilən qardaş ölkənin klubları
danışıqlara başlaya bilərlər.