Ana Səhifə» 2010»Oktyabr»6 » "Xəzər Lənkəran" Antaliyada məşq edir...
23:39
"Xəzər Lənkəran" Antaliyada məşq edir...
"Xəzər Lənkəran” komandasının Türkiyənin Antaliya şəhərində keçirdiyi
təlim məşq toplantısından fotolar yalnız
bizdə…
Qabaqcadan bildirildiyi kimi "Futbol+” qəzetinin bölgə müxbiri Hüseyn
Cəbrayıloğlu Türkiyəyə "Xəzər Lənkəran”
komandasının Antaliyada keçirdiyi təlim məşq toplantısını işıqlandırmaq üçün ezam
olunub.Hal hazırda Hüseyn bəy "Xəzər
Lənkəran” komandası ilə birgə "Mardan Palace” otelində qalır. Onun
Türkiyə səfəri haqqında maraqlı yazısını "Futbol+” qəzetinin 7-sentyabr tarixli sayında oxuyun.
Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxlayıb
komandanın məşqi barədə qısa məlumat
verməyini xahiş etdik.Amma "Futbol+” qəzetinin
müxbiri olduğu üçün informasiyanın yalnız qəzetə ötürmək məcburiyyətində
olduğunu da öyrəndik.Təbii ki, biz də həmişə obyektivliyi ilə seçilən və dəqiqliyini qoruya bilən Hüseyn
bəyin bu addımına hörmətlə yanaşdıq.
Sonda o bu sözləri dedi:
"-Qəzetin
prinsiplərinə uyğun olaraq saytınıza yazı göndərə bilməməyimə üzülürəm."
Bununla belə saytımıza komandanın məşqi zamanı
çəkilən bir neçə şəkili də təqdim etdi.