www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2010 » May » 16 » "Xəzər Lənkəran" - "Bakı" oyunu haqda...
00:30
"Xəzər Lənkəran" - "Bakı" oyunu haqda...
Bu yazı, “12-ci oyunçu” azarkeş klubuna müraciət edən fəal azarkeşlərin ümumi fikirləri əsasında yazılıb.Ona görə də yazının informasiya vasitələrində ixtisarla təqdim olunması yolverilməzdir !
Komandanın ilk altılıqda keçirdiyi oyunlarda ardıcıl xal itkiləri ilə qarşılaşması, baş məşqçiyə qarşı narazılıqların yaranmasına şərait yaradırdı.Son dörd oyunda qazanılan cəmi iki xal və nəhayət son oyunda çempionluq şansının qaçırılması azarkeşlərin istefa tələbi ilə etiraz etməsinə səbəb oldu. “Bakı” ilə keçirilən oyunda “Xəzər Lənkəran” futbolçularının demək olar ki,meydanda heç nə ilə yadda qalmayaraq,rəqibdən fərqli olaraq, fərdi oyun göstərmələri, futbol biliyinə malik Lənkəranlı azarkeşləri özündən çıxartdı.Sevimli komandanının hər oyununu müzakirə edən Lənkəranlı futbol aşiqləri, təkcə baş məşqçiyə deyil,həm də futbolçulara da etiraz etdilər.Bu etirazdan bir pay, futbolçularla iş aparılmamasına görə ümumilikdə kluba da düşdü.Düzdür,oyundan əvvəl baş məşqçi ilə bağlı bəzi azarkeşlərdən savayı,klub daxilində də narazılığın olması haqda məlumatlar var idi.Amma biz, bütün narazılıqların ən azı bir oyunluq unudulacağını düşünürdük ki,təki əhəmiyyətli oyun öncəsi komandanın daxilində,əhval ruhiyyə pozulmasın və futbolçular vacib oyuna tam hazır olsunlar.Görünür futboçular bu oyuna heç hazır deyilmişlər və görünür futbolçularla iş aparılmayıb da.
Azarkeşlər üçün baş məşqçinin dəyişilməsindən çox,nəticə və ya heç olmazsa gözəl oyun lazımdır.Heç olmazsa gözəl oyunu da görməyən minlərlə insanın etiraz reaksiyası anlaşılan olmalıdır.Ancaq həmin gün stadionda olan ümumi azarkeş sayının təxminən yarısı istefa tələb etdi ki,bu da diqqətdən yayınmamalıdır.Çünki,istefa tələb etməyən minlərlə azarkeşin də haqqı tapdanmamalıdır.
Baş məşqçinin istefaya səslənməsi sonrası, cənub bölgəsində nüfuz sahibi olan, “Xəzər Lənkəran” klubunun fəxri prezidenti, azarkeşlərə reallaşması mükün olmayan təklif etdi.Azarkeşlərə klubu təhvil vermək təklifi, böyük pullarla reallaşa bilərdi ki, bu pulu ödəyə biləcək insan da yoxdur.Azərbaycan reallığında bütün klublar yalnız dövlət məmurlarına məxsusdur.Yeganə “Xəzər Lənkəran” klubudur ki,dövlət vəzifəsində çalışanlar tərəfindən maliyələşmir. “Xəzər Lənkəran” azarkeşləri arasında bu klubu pulla alacaq imkanlı şəxsin olmaması faktını ortaya qoyan fəxri prezident, çox çətin vəziyyətdə zərbəni özünə istiqamətləndirdi.Əslində buna zərbə də demək olmazdı.Burada bir valideynin öz övladına:-“Sən mənim haqqımı qaytara bilməzsən” deməsi məsələsi yada düşür.Hamı bilir ki,övlad valideynin haqqını qaytarmaq istəsə belə, bu real deyil.Amma razılaşın ki,bu halda valideyn vəziyyətdən sui istifadə etmiş olur.Bu zaman övlad valideyinlə ya razılaşır,ya da tam olaraq ondan üz çevirir.Real olmayan bir təklif,status baxımından təklif olaraq qalır.Amma təklifi qəbul edə bilməyən tərəf,çıxılmaz vəziyyətə düşür.Çünki övlad üçün valideyndən üz çevirərək ona qarşı getmək nə qədər çətindirsə,Lənkəranlı azarkeşlərin “Xəzər Lənkəran”dan üz çevirməsi və ondan imtina etməsi də o qədər çətindir.
Bəs digər klubların prezidentləri və ya fəxri prezidentləri kimi tanınan sahibləri,bəzi hallarda isə adları gizli qalan klub sahibləri belə bir addımı ata bilərdilərmi? Əsla yox. ! Çünki onların sahibi və ya prezidenti olduqları klubların maliyyə mənbəyi dövlətin müvafiq strukturuna gedib çıxır.Onlar dövlət başçısının idmana diqqət ayrılması haqda tövsiyələrinə hörmətlə yanaşmaq məcburiyyətindədirlər.Bizim halda isə bir şəxsin öz puluna yaratdığı klubdan söhbət getdiyi üçün vəziyyət tamamilə başqadır.Burada əsas məqam isə budur ki,hələ “Xəzər Lənkəran” klubu yaradılanda, fəxri prezident demişdi:-“Xəzər Lənkəran maddi cəhətdən bizim,mənəvi olaraq azarkeşlərindir”.Mayın 15-də də hər iki tərəf öz haqqını tələb etdi.Azarekşlər təkcə baş məşqçiyə deyil,futbolçulara və eyni zamanda da kluba etiraz etdikcə öz çempionluğu qeyd etmək haqqını,yəni mənəvi tərəfi ortaya qoydular.Klubun sahibi isə öz haqqını,yəni maddi cəhəti dilə gətirdi.Hər şey olmalı olduğu kimi də oldu.Hər iki tərəf öz mövqeyini bildirdi və klub sahibi təklifi ilə öz tərəfindən hücum etdi.Məhz bundan sonra azarkeşlərdən bəziləri:-“heç kimin bizim mənəviyyatımızı tapdalamağa haqqı yoxdur”- deyərək etiraz etsə, onları anlamaq lazımdır.Bu da onların öz tərəfindən ortaya qoyulan mövqeyinin tərkib hissəsidir və hücuma əks hücumla cavab vermək cəhdidir.
Bütün hallarda, istər istefa tələb edən azarkeşləri,istərsə də sərt fikirlər səsləndirən fəxri prezidenti anlamaq üçün düşünmək lazım gəlir.Azarkeşlərin tələbinin səbəbləri məlum olsa da ,təkcə istefa tələbinə görə fəxri prezidentin belə sərt olması inandırıcı deyil.Düzdür komandanın bərbad oyunuyla bağlı hər iki tərəf əsəb stresinə məruz qalmışdı.Lakin uzaq yol gələrək çempionluq sevincini yaşamaq istəyində olan şəxsin bu formada sərt bəyanatla çıxış etməsi,təkcə istefa tələbi ilə bağlı ola bilməzdi.Deməli azarkeşlərin bimədiyi, lakin vəziyyəti qeyri stabil edən digər amillər də olmalıdır.Bu müəmmalı hal,fəxri prezidenti belə fikirlər deməyə vadar edə bilərdi.Ona görə də düşünmək və hadisələrə soyuq başla qiymət vermək lazımdır. Digər klubların azarkeşləri inciməsin,amma bizim başımıza gələnləri, onlar heç vaxt bizim qədər anlamazlar.Ona görə ki,o azarkeşlərə belə hücum edə biləcək klub sahibi yoxdur.Çünki dövlət məmuru olduğundan və ya dövlət tərəfindən maliyyələşdiyindən ehtiyatlı davranmalı olacaqlar həmin o adları gizli saxlanılanlar.Görünür,bizim bu məsələdə də hamıdan seçilmək, qismətimizdə var imiş.
“Xəzər Lənkəran” mənəvi cəhətdən bizimdirsə,deməli biz “Xəzər Lənkəran”dan üz çevirməməliyik.Ölkənin futbol ictimaiəti onsuz da qəbul edir ki,klub rəhbərliyi ilə azarkeşlərin qarşılıqlı münasibətinin dünya praktikasına uyğun olan yollarını Azərbaycana böyük “Xəzər Lənkəran” ailəsi gətirib.Ona görə də qoy bizlərdən yaxşı işləri öyrənsinlər. Sonda bütün “Xəzər Lənkəran” azarkeşlərini və klub rəhbərliyini diqqətli olmağa,yaranan problemləri düşünərək həll etməyə çağırırıq.
“Fırtınalar Meydanı”nın daimi sakinləri olan fəal azarkeşlər.
Bir daha qeyd edirik !
Bu yazı “Xəzər Lənkəran”ın 1000-lərlə fəal azarkeşin ümumi fikirləri əsasında yazılmışdır.O səbəbdən də informasiya vasitələrində bu yazının ixtisarla təqdim olunması yol verilməzdir !
Bölmə: |Baxış sayı: 695 | Yazar: ISLAM |
Всего комментариев: 0



Copyright MyCorp © 2024
Используются технологии uCoz