Ana Səhifə» 2010»İyul»26 » “Xəzər-Lənkəran” da yeni qapıçı.
15:23
“Xəzər-Lənkəran” da yeni qapıçı.
“Xəzər-Lənkəran” əcnəbi qapıçı transfer edib. Cənub təmsilçisi heyətini Latviya yığmasının üzvü Denis Romanovla gücləndirib.
1,87 metr boya malik 32 yaşlı qapıçı baxışdan uğurla keçib. Klub rəhbərliyi bundan sonra Denislə başladığı danışıqları uğurla bitirərək, rəsmi müqaviləni yaxın günlərdə imzalayacaq.
Qeyd edək ki, ilk dəfə 2004-cü ildən yığmaya cəlb olunan Romanov orada əsas qapıçı sayılmır. Millidə daha çox ehtiyatda qalan (3 oyun) Denis karyerasının ilk 10 ilini vətənində keçirib.
2006-09-cu illərdə Buxarestin “Dinamo” klubunda cəmi 3 oyun keçirib və qol buraxmayıb. Maraqlıdır ki, “Xəzər-Lənkəran”ın yeni baş məşqçisi Mirça Rednik həmin dövrdə iki müxtəlif vaxtda “Dinamo”nu çalışdırıb və rəhbərliyi altında olduğu Denisə çox az şans verib. Buxarest klubundan sonra Çexiyaya yollanan Romanov Praqanın “Sparta” klubunda da əsas heyətdə möhkəmlənə bilməyib (5 oyun).
Mənbə:apasport.az