Ana Səhifə» 2010»May»12 » “Xəzər Lənkəran”ın məşqində...
20:34
“Xəzər Lənkəran”ın məşqində...
“Xəzər Lənkəran”, may ayının 15-də “Bakı” ilə keçiriləcək və çempionluğa aydınlıq gətirəcək matçın hazırlıqlarına start verdi .
“Fırtınalar Meydanı”nın yardımçı meydançasında mayın 12-də saat 17:30-da məşqə çıxan komandada əhval ruhiyyənin yüksək olduğu hiss olunurdu. “Bakı” ilə oyunda 4-sarı vərəqə üzündən iştirak edə bilməyəcəkləri məlum olan qapıçı Kamran Ağayev və müdafiəçi İvan Pexa da məşq zamanı aktivliyi ilə diqqət çəkirdilər.Məşqi çoxlu sayda azarkeş izləyirdi.Onların arasında mediya nümayəndələri və futbol mütəxəsisləri də gözə dəyirdi.