Ana Səhifə» 2010»İyul»22 » “Xəzər Lənkəran”ın məşqində.
21:47
“Xəzər Lənkəran”ın məşqində.
İyul ayının 22-də “Xəzər Lənkəran”ın axşam məşqinə yüzlərlə azarkeş toplandı.Çoxdan bəri “Xəzər Lənkəran”ın nəinki məşqlərini hətta oyunlarını belə izləməyə gəlməyənlər də bu dəfə göründü.Komandanın heyyətində Devran Ayhanın olmaması və Ramazan Abbasovun yenidən komandaya qayıtması diqqət çəkdi.Rumınyalı məşqçinin özünün də qatıldığı məşq azarkeşlər üçün daha maraqlı oldu.Kristian Kabral,Opara Emeka və Orxan Sadıxlı fərdi məşq edirdilər.Mühafizçilərin azarkeşlərlə davranışı bu dəfə yüksək səviyyədə idi. “Xəzər Lənkəran” klubunun rəhbərliyi də komandanın məşqini izləyirdi.Məşq bitəndən sonra ağsaqqal azarkeş Qurbanəli kişi,qapıçı Kamran Ağayevdən “vəziyyət necədir” deyə soruşdu və o da “bir həftəyə bilinəcək” deyə cavab verdi.Kamranın məhz nəyi nəzərdə tutduğunu bilməsək də komandanın məşqindən belə anlamaq olar ki, futbolçuların hamısı belə ağır məşqə dözə bilməyəcəklər.Yəqin ki,bu müddətdə yəni,bir həftəyə kimin gedəcəyinə, kimin isə qalacağına da aydınlıq gələcək.Yeni transferlər haqda isə bir kimsədən məlumat ala bilmədik.