“Xəzər Lənkəran” komandası aprelin 21-də saat 17:50-də “Xəzər Lənkəran” stadionunun yardımçı meydançasında məşqə çıxdı.İsinmə hərəkətləri ilə məşqə başlayan futbolçular ikitərfli oyunla məşqi davam etdirdilər.Daha sonra isə Ağasəlim Mircavadov futbolçuları standard vəziyyətlər üzrə çalışdırdı.Məşqin sonuna qədər müxtəlif kombinasiyaların da üzərində çalışan komadada əhaval ruhiyyənin yüksək olduğu diqqət çəkirdi.Məşqin sonuna yaxın zədə üzündən məşqlərə qatılmayan ehtiyat qapıçı Zabit Səfərov göründü.O kənarda qalaraq komanda yoldaşlarını seyr edirdi.
Məşqi təxminən 300-azarkeş izlədi.Azarkeşlər məşqi izləməklə yanaşı stadionun həyətində yerləşən bazanın yeməkxanasında bişirilən kababların iyindən də xoşhal olurdular.Beləki,bazanın yeməkxanasının kababaxanası tərəfdən əsən külək, kababın iyini düz azarkeşlərin qaldığı yerə tərəf yönəldirdi.Məşqin sonunda yenə həmişəki kimi azarkeşlər futbolçularla şəkil çəkdirməyə başladılar.Kamran Ağayev isə digər futbolçularla etdiyi zarafatları və azarkeşlərin ürəyincə olan jestləri hesabına hamının diqqətini özünə çəkirdi.