Fevralın
16-da "Xəzər Lənkəran” komandasını gətirən
avtobus saat 14:30-da "Fırtınalar Meydanı”na daxil oldu.
Bir saatdan bir az çox çəkən istirahətdən sonra komanda yardımçı meydançada məşqə
başladı. Zədəli Ruslan poladovdan başqa bütün futbolçuların qatıldığı məşq gözlənildiyindən
daha çox çəkdi. Adətən Bakıdan qayıdan futbolçular yol yorğunluğu səbəbindən bir saat ərzində məşqçilərin
tapşırıqlarını yerinə yetirirdilərsə, bu dəfə iki saata yaxın məşq etdilər.
Bunu da "Neftçi” ilə oyundan sonra futbolçuların iki günlük istirahəti ilə əlaqələndirmək
olar.
Qapıçılar
Kamran Ağayev və Yevgen Kopili isə məşqçi Hafiz Əliyevin rəhbərliyi ilə
komandadan ayrıca məşq edirdilər. Komandanın iki tərəfli oyunlar zamanı isə
qapıçılar da digər futbolçulara qoşulurdular. Havanın soyuq olmasına və hərdən bir qar yağmasına baxmayaraq məşqi çoxlu sayda azarkeş izlədi.
|