Ana Səhifə» 2010»Dekabr»13 » “Xəzər Lənkəran” növbəti oyunu Bakıda...
19:59
“Xəzər Lənkəran” növbəti oyunu Bakıda...
Premyer
liqanın növbəti turunda keçiriləcək MOİK –"Xəzər Lənkəran” qarşılaşması "Hərbiçi”lərin
istəyi ilə Bakıda keçiriləcək. Beləki,
bu komandaların ilk oyunu "Fırtınalar Meydanı”nda gedən təmir işləri ilə əlaqədar
olaraq iki klubunun razılığına əsasən paytaxtda baş tutmuşdu. Həmin oyunda "Xəzər
Lənkəran” nominal ev sahibi sayılırdı. Dekabrın 18-də keçiriləcək oyunun Lənkəranda
baş tutması istəyi ilə "Xəzər Lənkəran”
rəhbərliyi MOİK rəhbərliyinə müraciət
etmişdi. Turnirin keçirilməsini həyata keçirən PFL də bu məsələnin iki klub arasında həll
olunmasını gözləyirdi. Hamının xəbər gözlədiyi məqamda bizə məlum olmayan səbəblər üzündən MOİK rəhbərliyi oyunun Lənkəranda keçirilməsi
fikri ilə razılaşmadı. Belədə MOİK – "Xəzər Lənkəran” oyunun dekabrın 18-də
Suraxanı qəsəbə stadionunda keçiriləcək. Oyunun başlama saatını isə PFL təyin
edəcək.