Ana Səhifə» 2010»İyul»25 » “Xəzər Lənkəran” öz azarkeşləri ilə birgə Azərbaycan futbolunun markasıdır.
01:38
“Xəzər Lənkəran” öz azarkeşləri ilə birgə Azərbaycan futbolunun markasıdır.
“Xəzər Lənkəran” komandasının yeni baş məqşçisini Lənkəranın girəcəyində qarşılayıb “Fırtınalar Meydanı”na qədər müşayiət edəndən sonra fəal azarkeşlərin təklifini nəzərə alıb klub rəhbərliyinə müraciət etmək qərarına gəldik.Ertəsi gün “12-ci oyunçu” adından klub rəhbərlyinə fəalların təklifini ünvanladıq və müsbət cavab aldıq.Söhbət “Xəzər Lənkəran” komandasının təqdim etmə mərasimindən gedir.Təklifimizi qəbul edib komandanın təqdim olunmasını yaxın günlərdə həyata keçirəcəyini bildirdilər.Biz isə öz növbəmizdə üzərimizə düşən hər hansı yardımı etməyə hazır olduğumuzu vurğuladıq. “12-ci oyunçu”nun üzərinə təbii ki,azarkeşlərlə bağlı məsələlər düşə bilər ki,biz də həmin tədbirə azarkeşlərin dəvət olunmasını təmin edəcək və mərasim zamanı azarkeşlərin fəal olmaları üçün çalışacağıq.Amma bütün bunların reallaşması üçün ilk növbədə komandanın yeni heyyətdə formalaşması vacibdir.Komandada yeni baş məşqçi və onun köməkçisi var,deməli yeni nəfəs də var.Bununla belə heyyətin yeni və səviyyəli legioner futbolçularla zənginləşməsi heç də az əhəmiyyətli məsələ deyil.
Həmin günü yəqin ki,rəqiblər də gözləyirlər.Onsuz da “Xəzər Lənkəran” öz azarkeşləri ilə birgə Azərbaycan futbolunun markasıdır. Beləliklə sürpriz dolu günə, “Xəzər Lənkəran” komandasının yeni,gücləndirilmiş heyyətdə azarkeşlərə təqdim olunmasına az qalıb.Biz də təqdim etmə mərasimin keçiriləcəyi sürprizlər dolu günə qədər ölkə futbolunun markasından yeni transferlər gözləyirik.
Uğurlar sənə, “Xəzər Lənkəran” !