Ana Səhifə» 2010»Mart»12 » "Xəzər-Lənkəran" - "Qəbələ" - 4:1
21:32
"Xəzər-Lənkəran" - "Qəbələ" - 4:1
"Xəzər-Lənkəran" - "Qəbələ" - 4:1
QOLLAR: Allan Lalin, 25; 61; Emeka Opara, 76; Denis Kalinkov, 90 - Milan Antiç, 82
Ağasəlim Mircavadov, "Xəzər Lənkəran" klubunun baş məşqçisi: "Bizim üçün çox vacib oyun idi. "Qəbələ"ni heç vaxt zəif rəqib saymamışıq, çox əzmkar komandadır. Bu oyuna da ciddi hazırlaşmışdıq. Qələbəni sabah ad gününü qeyd edən klubun prezidenti Mais Mənsimova, həmçinin azarkeşlərimizə həsr edirik."
Ramiz Məmmədov, "Qəbələ" klubunun baş məşqçisi: "Ağır oyun olacağını bilirdik, çox ciddi hazırlaşmışdıq. Məncə, hesab oyuna görə olmadı. Futbolçularıma göstərdikləri oyuna görə təşəkkür edirəm. "Xəzər Lənkəran"a uğurlar arzulayıram."
Ağasəlim Mircavdovun komandanı bu oyuna özünəməxsus şəkildə hazırlayacağı gözlənilən idi.Bununla təcrübəli mütəxəssis "Qarabağ" məğlubiyyətinin acısını unutdurmağı bacara bildi.Azarkeşlərə sevinc bəxş edən baş məşqçi və futbolçular möhtəşəm qələbəyə görə xoş sözlərə layiqdirlər.Hakimin isə oyun boyu səslənən yersiz fitləri və özünü qəribə aparması "Fırtınalar meydanı"na toplaşmış azarkeşlərin haqlı narazılığına səbəb olurdu.Əsasən qonaqların xeyrinə qərarlar verən baş hakim Elnur Muradov azarkeşlər tərəfindən "düddülü" deyə çağırılmağa başlandı."Fırtınalar meydanı"nın "F" və "D" sektorlarındakı azarkeşlər hakim qərarlarına etiraz edərkən beləcə ona qeyri adi ləqəb verdilər.İlk yarıda bəzən laysmanların səhvlərini düzəltməyə çalışan və beləcə öz səhvlərini sığortalamğa çalışan Elnur Muradov yəqin ki,bir çox futbol qaydalarını da yaxşı bilmir.Hər halda matçın müxtəlif epizodlarında verilən yanlış qərarlar belə deməyə əsas verir.