Ana Səhifə» 2010»Mart»17 » "Xəzər Lənkəran" - "Qarabağ" oyunundan sonra qarışıqlıq.
00:14
"Xəzər Lənkəran" - "Qarabağ" oyunundan sonra qarışıqlıq.
“Xəzər Lənkəran” – “Qarabağ” oyunu bitən kimi qonaq komandanın azarkeşlərinin qaldıqları tribunada qarışıqlıq başladı.İlk olaraq qonaqların tribunadan aşağı tərəfə şığımaları gözə dəydi.Daha sonra isə onları əhatə edən daxili qoşunların əsgərləri ilə əlbəyaxa döyüşə atılan “Qarabağ”lı fanatlardan birnin huşunun itirməsi də nəzərdən qaçmadı.”Xəzər Lənkəran” azarkeşləri stadionu tərk etməkdə davam etdikcə daxili qoşunların əsgərləri ilə “Qarabağ” azarkeşləri arasında olan insident davam edirdi və son mərhələdə oturacaqlar havada uçmağa başladı.Ardıcıl oturacaqları sındırıb aşağıya atan Ağdamlılar bu zaman çox aqresiv görünürdülər və əsgərlərə belə münasibət yerli futbol azarkeşlərinin hiddətinə səbəb oldu.”Xəzər Lənkəran” azarkeşlərindən bir qrup: “Onlar əsgərdirlər,onları niyə vurusunuz” deyə etiraz edirdi.Hətta bəziləri “əsgərlərimizi qoruyaq” şüarı ilə qarışıqlığın mərkəzinə yerimək istəsələr də polis buna imkan vermədi. Əsgərlərin köməyinə gələn polislər aranı sakitləşdirmək üçün “Qarabağ”lıları mühasirəyə aldılar.Məhz polislərin sayəsində oyun bitəndən təxminən yarımsaat sonra qonaq fanatları avtobuslara mindirib yola salmaq mümkün oldu.
Qeyd:Oyun bitəndən 15-dəqiqə sonra stadionun projektorlarının yarısı söndürüldüyündən keyfiyyətli foto şəkil çəkmək çətinləşdi.Ardından isə polis yerli azarkeşləri stadiondan tam olaraq çıxarmaqla məşğul olduğundan sonralar baş verənləri uzaqdan - Lənkərançayın üzərindəki körpüdən seyr etməli olduq.