Ana Səhifə» 2010»İyul»17 » “Xəzər Lənkran” ı məşqə kim çıxardı ?
01:41
“Xəzər Lənkran” ı məşqə kim çıxardı ?
Iyulun 16-da “Xəzər Lənkran” komandası Lənkaran stadionunun yardımçı meydanında saat 18:30-da məşqçi Hafiz Əliyevin rəhbərliyi ilə məşqə şıxdı.Məşqi ilk dəqiqələrdən cəmi bir azarkeş, “12-ioyunçu” azarkeş qrupu təşkilat komitəsinin üzvü izləyirdi.Daha sonra bir neçə azarkeş də ona qoşularaq futbolçuların həvəslə məşq etmələrinin şahidi oldular. “Xəzər Lənkəran”ın gənc qapıçısı hamıdan daha çox məhz fəallığı ilə fərqlənirdi.Stadionun mühafizəçiləri də azarkeşlərlə birgə “ Xəzər Lənkəran”ın yeni baş məşqçisi haqda fikir mübadiləsi aparırdılar.Saat 19:00-da komandanın rəisi Səməd Mustafayev yardımçı meydançanın kənarında qalaraq futbolçulara baxan azarkeşlərə qoşuldu.Martins Kabral fərdi olaraq məşq edirdi,Kamran Ağayev isə meydança boyu qaçırdı.Maraqlıdır ki,Kamran bu dəfə öz zarafatları ilə diqqət çəkə bilmədi,bəlkə də azarkeşlərin az olması ona bu imkanı yaratmadı…
Bu arada Lənkəranın hər yerində komandanın yeni baş məşqçisi haqda söhbətlər gedir.Sadə azarkeşlər yeni baş məşqçinin tək deyil məşqçilər korpusu ilə gələcəyinə,özü ilə səviyyəli futbolçuları gətirəcəyinə və komandada döyüşkən ruh yaradacağına ümid edirlər.