Azarkeşlərin çoxsaylı müraciətlərini nəzərə
alaraq saytımızda ""Neftçi” haqqında ballada” adlı şeri yenidən təqdim edirik.
Qeyd edək ki, bu şerin üzərində hazırlanmış və
youtube.com saytında yayımlanan video
görüntülü materiyal da mövcuddur. Lakin həmin video materiyaldakı bəzi
məqamları (hansı ki, saytımızın fəaliyyət proqramına uyğun gəlmir) nəzərə alıb
sayt izləyicilərinə təqdim edə bilmirik.
"Neftçi” haqqında ballada.
"Flaqman”lıq gözə gəldi,
Yandı bayrağı "Neftçi”nin.
Bayrağı yanandan bəri,
Yanıbdır "tağı” "Neftçi”nin.
***
AFFA-dır cütləyən zərin,
PFL çəkməz nəzərin,
Adı gələndə "Xəzər”in,
Sancır dalağı "Neftçi”nin.
***
"Xalq komandası”dır (kişi)...
AFFA dayı bazarkeşi.
Olsa,otuz azarkeşi,
Ola-uzağı-"Neftçi”nin.
**
Ümidi hər zaman qıran,
Gəl ki,var haqq qazandıran;
Bizə "əxlaqsız” anqıran,
Uzunqulağı "Neftçi”nin.
***
Ağ-qarası mərəkədir,
Yediyi haram tikədir,
Futbolumuza ləkədir,
Qarası-ağı "Neftçi”nin.
***
"Ağ”ı - əməli yaradır...
"Qara"sı – keçmiş yaradır,
Həm maykası
"ağ-qara”dır,
Həm "darbalağı”
"Neftçi”nin.
***
Vardır neçə "müsafir”i,
Əşrəfoğlu müasiri...
Süleymanov Tahiri,
Sönüb çırağı "Neftçi”nin !?
***
Gələcəyi görünməyir,
Tarixləri silinməyir...
Ha baxırsan, bilinməyir,
Dalı qabağı "Neftçi”nin.
***
Gözünün oxudur "Xəzər”,
Çünki, "Xəzər” əngin əzər.
Elə ilk günlərdən, əzəl,
"Xəzər”di "dağı” "Neftçi”nin.
***
Tofiq, düz verdi sənətin;
"Ağ-qara”ların qiymətin.
Bundan sonra gələ çətin,
Bir də sorağı "Neftçi”nin.
Yazıldı "ağ” əməlinə,
”Qara” varağı "Neftçi”nin.
Tofiq Həsənli. Lənkəran. 02/12/10.
|