Komandamız ayın 24-də yenidən bir araya gələcək və Bakıda qısamüddətli təlim-məşq toplantışı keçiriləcək. Məşqçilər korpusu futbolçulardan test normativləri götürəcək və hazırlıq planı məhz bu göstəricilərə uyğun şəkildə tərtib olunacaq. Toplanış çərçivəsində futbolçularımız Azərbaycan Dövlət İdman Akademiyasının stadionunda məşq edəcəklər və iki yoxlama oyununda qüvvələrini sınayacaqlar. Hazırda davam edən danışıqlar uğurla yekunlaşsa, “Xəzər Lənkəran”ın sparrinqləri “altılıq”dan kənarda qalmış “Standard”la “Olimpik-Şüvəlan” olacaq.
Qeyd edək ki, fasilədən sonra komandamız ilk oyununu martın 6-da və ya 7-də (yaxın günlərdə müəyyənləşməlidir) Ağdamın Quzanlı qəsəbəsində ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcək. Böyük ehtimalla, ağ-yaşıllar“ Quzanlıya birbaşa olaraq Bakıdan yollanacaqlar və yalnız bu oyundan sonra Lənkərana dönərək ölkə çempionatının final mərhələsində “Qəbələ”yə qarşı ilk oyuna çıxacaqlar.