“Neftçi” Futbol Klubunun əməkdaşlarını Yevlaxdan Bakıya gətirən avtomaşın böyük itkilərlə nəticələnmiş qəzaya uğrayıb.
Klubun iki əməkdaşı – mətbuat ximətinin nümayəndəsi Alim Məmmədovla kadrlar şöbəsinin işçisi Vahid Həmidov həyatlarını itiriblər. Xoşbəxtlikdən maşının daha iki sərnişini yüngül xəsarət alıblar və xəstəxanada tibbi yardım aldıqdan sonra evə buraxılıblar.
Baş vermiş faciəylə əlaqədar “Xəzər Lənkəran” Futbol Klubunun rəhbərliyi və inzibati işçiləri, məşqçi və futbolçu heyəti “Neftçi” Futbol Klubuna, klubun həyatlarını itirmiş əməkdaşlarının yaxınlarına başsağlığı verir, Allahdan səbr diləyir.
Allah rəhmət eləsin.
*****************
"12-ci oyunçu" azarkeş klubu da öz növbəsində "Xəzər Lənkəran" azarkeşləri adından "Neftçi" futbol klubuna və klubun həyatını itirmiş əməkdaşlarının ailə üzvlərinə baş sağlığı verir.
Allah rəhmət eləsin.
"12-ci oyunçu" azarkeş klubunun təşkilat komitəsi.