Ana Səhifə» 2009»Noyabr»4 » “Xəzər Lənkəran” – “Muğan” 3:1.
20:21
“Xəzər Lənkəran” – “Muğan” 3:1.
“Xəzər Lənkəran” – “Muğan” 3:1. “Xəzər Lənkəran” “Muğan”ı Mario Souzanın vurduğu 3-qolla məğlub etdi. Oyunun həftə içi iş gününə düşməsi səbəbindən və matçın başlanma vaxtının saat 17:00 təsadüf etməsindən eləcə də çiskin yağış üzündən “Fırtınalar meydanı”nda həmişəki qədər azarkeş olmadı.Bununla belə “Fırtınalar meydanı”nda “Xəzər Lənkəran”ı tək qoymayaraq, dəstək olan sadiq azarkeşlər komandanın oyunundan razı qaldılar.Xüsusən də Mario Souzanın futbol şousundan və gözəl qollarından.Qapımıza vurulan penaltidə baş hakimin qərarı düzgün idi,lakin çox gec verilən bu qərar “Muğan” komandasının ehtiyat oyunçularının skamyasındakıların təkidi ilə verilmişdi.Oyun boyu bir dəfə də buna oxşar vəziyyət olmuşdu.Qonaqların futbolçusuna qarşı kobud oynayan “Xəzər Lənkəran”ın oyunçusuna,rəqiblərin ehtiyat oyunçular skamyasından gələn etiraz sonrası baş hakim sarı kart verdi.Ümumilikdə qələbə belə hadisələri unutdurur prinsipi ilə yanaşsaq, hakimlər oyunu pis idarə etmədilər,amma yaxşı da demək olmaz... Beləliklə “Xəzər Lənkəran” kubok oyununda da premyer liqada olduğu kimi “Muğan”a qalib gəldi.Yarımçıq dolan “Fırtınalar meydanı”nı və oyunun son dəqiqələrində Juniyorla Kamranın mübahisəsini , oyun bitəndən sonra isə keçiddə onların tutuşmasını nəzərə almasaq hər şey yaxşı idi. Bütün “Xəzər Lənkəran” azarkeşlərini qələbə münasibət ilə təbrik edirik.