www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2009 » Noyabr » 5 » “Xəzər Lənkəran” – “Neftçi”, oyun öncəsi.
19:51
“Xəzər Lənkəran” – “Neftçi”, oyun öncəsi.
“Xəzər Lənkəran” – “Neftçi”, oyun öncəsi.

12cioyuncu.moy.su saytında rastlaşdığım bir yazıya bir az da əhatəli yanaşmağı lazım bilirəm. Burada göstərilən rəqabətin niye sağlam müstəviyə hələ də keçə bilməməsini şərtləndirən məsələləri araşdırmağa calışacağam.
Mənə elə gəlir ki, bu araşdırma sağlam düsüncə tərzi və obyektiv fikirlərə əsaslanıb bu rəqabətin detalları haqqında müəyyən nəticələrə gəlməyə kömək edəcək.
Ilk öncə biz vətənimiz Azərbaycanı sevir,onun bütün sahələrdəki uğurlarına sevinir,bir futbol azarkeşi olaraq futbolumuzun inkişafını ürəkdən arzu edir və mümkün qədər də yardımçı olmağa calışırıq. Futbolumuzun inkişafı isə həm “Xəzər Lənkəran” həm “Neftçi”,”Bakı”,”Inter”,”Karvan”,”Muğan”,”Simurq”və s. klublarımızdan asılıdır.Bu klubların nə qədər düzgün strukturda qurulmasından isə aralarındakı rəqabətin sağlam müstəviyə keçəcəyi asılı olacaqdır.Yuxarıda 12cioyuncu.moy.su saytında getmiş həmin yazıdakı “Qızıl oyun” da daxil olmaqla 2007-ci il fevral ayının 16-da T.Bəhramov adına stadionda baş tutan “Neftçi”-“Xəzər Lənkəran” oyunlarının canlı iştirakçısı kimi mən də həmin göstərilən halların şahidi olmuşam.Oyunun başlanmasına 2- saatdan artıq vaxt qalmasına baxmayaraq arenanın qabağına yığışmış “Xəzər Lənkəran”azarkeşləri müxtəlif bəhanələrlə arenaya buraxılmır,süni basabas yardılır,on mindən çox insanı bir-birine vurur qatmaqarışıqlıq yaradırdılar.Buna baxmayaraq “Neftçi” azarkeşlərinə tribunalarda rahat yer tutmasına sərait yaradırdılar.Hətta biz fikirləşdik ki, bəlkə oyunun başlama saatını 1 və ya 2 saat sonraya çəkmişlər. Lakin bu belə deyildi.Nəhayet oyun başladıqdan 10 dəqiqə sonra biz çox cətinliklə arenaya daxil ola bildik.
Burada bir məqamı da qeyd edim. Hüquq mühafizə orqanında çalışan bir tanışımla təsadüfən həmin basabas da rastlaşdım.O da özünün dediyi kimi imkan tapan kimi,oyunları izləməyə gəlir.”Xəzər Lənkəran” azarkeşi olmasa belə bu oyunu da mülki geyimdə bir futbol azarkeşi kimi izləməyə gəlmişdi.Dediyinə görə hələ indiyə qədər belə eybəcər hallarla rastlaşmamışdı. “Bilsəydim belə olacaq, evdə televizorda oyunu izləyərdim” deməkle öz etirazını bildirirdi.Mən də öz növbəmdə, bizim komandanın “Neftçi” oyunlarında belə hallara tez-tez rast gəlindiyini bildirdim.
Azarkeşlərin stadionlara gəlməməsindən gileylənən futbol qurumları gərək belə məsələlərə diqqətlə yanaşsınlar. Nə isə keçək əsas məsələyə:”Neftçi” tarixi bir klubdur, bu klubun tarixinə hörmət edərək onun bu yeni dövr üçün formalaşdırmaq strategiyası düzgün həyata keçirilməlidir. Amma burada hələ də sovet dövründən qalma prinsiplər həyata keçirilir.Müxtəlif dövrlərdə “Xalq komandası”və s. kimi adlandırmalarla yanaşmalar buna misal ola bilər. “Neftçi”komandası nə qədər ki,dövlətdən asılı olacaq bu yəqin ki, belə də davam edəcək. Çünki, dövlət adamı olan insanlar daha çox öz işlərinə diqqətlə yanaşmalıdırlar. Belədə kluba lazımi qədər vaxt ayıra bilmirlər.Nəticədə bu işdə onların kimlərinsə köməyinə ehtiyacları olur.Onlar da gözə xoş görünmək üçün islahat əvəzinə kosmetik məsələlərə yer verirlər. Bunun nəticəsində də klub zəifləməyə başlayır, hətta geniş azarkeş kütləsini itirir.
Bunu keçmiş sovetlərin bir sıra ölkələrinin təcrübəsindən də görə bilərik. Gürcüstanda hətta UEFA kubokunun qalibi olmuş “Dinamo Tblisi”nin bügünki vəziyyəti, Rusiyada Moskva “Spartak”ının, Belorusda Minsk “Dinamo”sunun , Moldovada Kişinyov “Nistru”sunun ,Pribaltika ölkələrinin Vilnyus “Jalgiris”inin timsalında aydın görünür.Göstərilən ölkələrdə həmin komandalar demək olar ki, ortabablara çevrilmek üzrədirlər.Lakin həmin ölkələrdə düzgün qurulmuş ve ya yenidən düzgün qurulmuş klublar indi Avropada söz sahibidirlər.Hanı onların göstərdiyimiz həmin “Xalq komandaları”?!
Avropa təcrubəsinə müraciyyət etsək, hansı futbolu inkişaf etmiş ölkələrdə “Xalq komansı” var və ya belə prinsiplər varmı? Heç birində.
Lakin bir sıra ferqliliklər var ki,bunları isə qarışdirmamalıyıq.
Italiyanın təcrubəsində nəzərdən keçirsək müxtəlif dövrlərdə Italiyanın baş naziri işləmiş S.Berluskoni eyni zamanda “Milan”ın prezidenti olmuşdur,lakin burada düzgün klub idarəçiliyi forması saxlanılmışdır. Belə ki, “Milan” hər hansı bir dövlət adamının “Xalq komandası”na çevrilməmiş, rəsmi olaraq imkanlı bir şəxsin klubu olmuşdur. Ona görə də S.Berluskoni baş nazir oldu və ya olmadı “Milan” elə “Milan”dır.
Belə hallara başqa ölkələrin təcrübəsində də rast gəlmək mümkündür ,bizdə də artıq bunun vaxtı catmışdır. Belə olan halda “Neftçi” klubu da inkişaf edər,onun ətrafında olan, kimlərəsə xoş gəlmək istəyənlər də azarkeşləri incik salmaz , “dövlətin komandasıdır deyə onlara həmişə güzəşt olacaq” və s. kimi fikirlər də birdəfəlik aradan qalxar.
Biz də bir azarkeş kimi sağlam rəqabətin tərafdarıyıq.Belə olarsa inkişaf da mütləqdir.
Biz öz növbəmizdə bütün klubların azarkeşlərinə hörmətlə yanaşır,onların klublarının daim güclənməsini istəyirik. Belədə qazanan Azərbaycan futbolu olacaq.

Mirhafiz Babayev. “Bosman” fanklubundan. 05.11.2009

Bölmə: |Baxış sayı: 818 | Yazar: ISLAM |
Всего комментариев: 0
der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz