Ana Səhifə» 2010»Fevral»11 » "Xəzər Lənkəran"- "Qarabağ"
22:03
"Xəzər Lənkəran"- "Qarabağ"
“Xəzər Lənkəran” fevralın 13-də “Fırtınalar meydanı”nda “Qarabağ”ı qəbul edəcək.Rəqib komanda artıq Lənkərandadır.”Qarabağ”ın Lənkərana xal üçün gəldiyi də məlum olub.Beləki mətbuata açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov belə deyib:
-
Biz hər oyuna qələbə qazanmaq üçün çıxırıq. “Xəzər Lənkəran”la matç da istisna olmayacaq. Amma hər şey oyunun gedişindən asılı olacaq. Ümumi götürdükdə, “Xəzər Lənkəran” kimi güclü rəqiblə səfərdə bərabərə qalmaq heç də pis nəticə deyil.
Rəqib komandanın baş məşqçisinin dediyindən o da məlum olub ki,Adamiya zədəlidir, Ayxan Abbasov isə keçən oyunda qırmızı kart aldığından bu oyunda oynamayacaq.Rəşad Sadıqovun meydana çıxacağı da bəlli deyil.
“Xəzər Lənkəran”ın isə heyyət problemi yoxdur.”Simurq”la oyunda Devran Ayhan və Dieqo Souza meydana çıxdılar.Ümumilikdə komandanın bütün futbolçuları “Qarabağ”la oynamaq imkanındadılar.Futbolçular barədə “Xəzər Lənkəran”ın rəsmi saytında təqdim olunan məlumat da maraqlıdır.Premyer Liqanın son turunda “Simurq”a qalib gələn (2:1) “Xəzər Lənkəran”ın heyətində daha iki futbolçu debüt edib.
İlk dəqiqələrdən meydanda olan braziliyalı Kristian Kabral komandamızın tarixinə 99-cu, oyunun son dəqiqəsində meydana çıxan nigeriyalı Emeka Opara isə 100-cü futbolçu kimi düşüb. Maraq üçün qeyd edək ki, “ağ-yaşıl” 100-yə daxil futbolçulardan 11-nin (İvan Pexa, Nizami Hacıyev, Denis Kalinkov, Allan Lalin, Ramazan Abbasov, Tomas İneman, Kazım Kazımlı, Elvin Beçiri, Tihhon Şışov, Kristian Kabral və Opara) debütü cari mövsüm gerçəkləşib.
“Xəzər Lənkəran” formasını geyinmiş futbolçular arasında legionerlər çoxluq təşkil edir. Kristian və Oparanı da nəzərə almaqla bugünədək “ağ-yaşıl” formamızı 55 əcnəbi geyinib. “Xəzər Lənkəran”ın şərəfini qorumuş yerli futbolçuların sayı isə 45-di.
Eyni zamanda Opara rəsmi oyunlarda komandamızın formasını geyinmiş üçüncü afrikalı və ilk nigeriyalı kimi də tarixə düşüb və bununla da “Xəzər Lənkəran”ın coğrafiyası”nı genişləndirib. Bunadək komandamızın heyətində meydana 21 xarici ölkənin vətəndaşları meydana çıxmışdı: Türkiyə (9 futbolçi), Braziliya (8), Belarus, Serbiya, Rumınıya (hər üçü 5), Bolqarıstan (4), Kolumbiya, Litva, Albaniya (hər üçü 2), İsveç, Gürcüstan, Kot Dİvuar, Fransa, Portuqaliya, Rusiya, Qana, Honduras, Çexiya, Slovakiya, Moldova və Estoniya (hamısı 1).