“XƏzƏr-LƏnkƏran” - “Qarabağ” 12-ci görüşə doğru.
“Xəzər Lənkəran”ın “Qarabağ”la oyunlarının statistikası ilə maraqlananda 2005/2006 mövsümündə hələ o vaxtlar tam hazır olmayan Lənkəran stadionunda keçirilən oyun yada düşür.Stadionda gedən təmir işləri ilə əlaqədar tribunaların yarı yarımçıq olmasına baxmayaraq 18.000 azarkeşin dəstəklədiyi “Xəzər Lənkəran” həmin matçda 3:0-lıq qələbə ilə ayrılmışdı.”Qarabağ”ın o vaxtkı baş məşqçisi olan İqor Ponamaryovun da ehtiyat oyunçular skamyasından tribunalara təəcüblə necə baxdığı indi də Lənkəranlı azarkeşlərin yaddaşındadır. 90-dəqiqə ərzində komandanı durmadan qələbəyə səsləyən azarkeşlərin dəstəyi haqqında danışmaq azdır.Stadiona toplaşmış azarkeşlər “Xəzər Lənkəran”ı elə dəstəkləyirdilər ki,rəqib futbolçular öz oyunlarını itirir,bir dəfə də olsun hücuma keçə bilmirdilər.Həmin gün Lənkəranın hər yerində eşidilən qol sevinci və bu sevincdən doğan gürültu səsləri, ertəsi gün bu arenaya ad qoyulması ilə nəticələndi.Azarkeşlərin dediyinə görə belə möhtəşəm dəstək və tribunalarda yaranan gurultular o gündən bəri hələ ki, təkrar olunmayıb.Bir müddət sonra isə “Futbol+” qəzetində Anar Məmmədlinin “Çayla dənizin birləşdiyi yerdə Fırtınalar meydanı” adlı yazısı çıxdı.Bu yazı “Xəzər Lənkəran”ın mərkəzi stadionuna azarkeşlərin “Fırtınalar meydanı” adını verməsini bütün ölkəyə yaydı.
“XƏzƏr-LƏnkƏran” - “Qarabağ” komandası ilƏ 11 dƏfƏ görüş keçirib oların 5-ni qƏlƏbƏ ilƏ, 6-nı isə məğlubiyyətlə başa vurmuşdu.
Aşağıda “XƏzƏr-LƏnkƏran” - “Qarabağ” arasında keçirilƏn bütün görüşlƏrin nƏticƏlƏri:
2004/05 mövsümü
“Xəzər-Lənkəran”- “Qarabağ” - 3:0
“Qarabağ” – “Xəzər-Lənkəran” -3:1
2005/06 mövsümü
“Xəzər-Lənkəran” – “Qarabağ” -2:0
“Qarabağ” – “Xəzər-Lənkəran” -2:1
2006/07 mövsümü
«Xəzər-Lənkəran» - «Qarabağ» 2:0
«Qarabağ» - «Xəzər-Lənkəran»-1:4
2007/08 mövsümü
“Xəzər-Lənkəran”- “Qarabağ” - 2:0
“Qarabağ” - “Xəzər-Lənkəran” -2:0
2008/09 mövsümü
“Xəzər-Lənkəran”- “Qarabağ” - 1:3
“Qarabağ” - “Xəzər-Lənkəran” -1:0
2009/10 mövsümü
“Qarabağ” - “Xəzər-Lənkəran” -1:0