www.12cioyuncu.info 
Saytımıza məlumat göndərin, e-mail ünvanımız: 12-ci-oyuncumfk@mail.ru

wap.12cioyuncu.info

"Zəka" kompyuter mərkəzi


www.zaka.biz

Giriş Forması
Növbəti oyun
________________________
Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"
___________________

Turnir Cədvəli

Neftçi 22-48
Xəzər Lənkaran
22-47
Qarabağ
22-42
İnter
22-40
AZAL 22-36
Bakı
22-33
Qəbələ 22-31
Muğan 22-27

________________________

Bombardirlər

1.Uinston Parks
6
2.Elvin Beqiri

4

3.Alim Qurbanov
4

________________________

Qarşıdakı Oyun

Azərbaycan kuboku
 8-mart saat 18:00
Fırtınalar Meydanı 
  "X. Lənkəran" - "Neftçi"



__________________
Qəhrəmanımız:
Mirça Rednik





BİZİM DOSTLARIMIZ

Ağlı Göylü Fan Portal

İnter Fan Klub

Fırtına Fan Klub

Bosman Fan Klub

Ana Səhifə» 2009 » Sentyabr » 29 » “Xəzər Lənkəran” və “Muğan” komandalarının əvəzedici heyyətlərinin oyununda baş verənlərə “12-ci oyunçu” azarkeş klubunun münasibəti.
20:51
“Xəzər Lənkəran” və “Muğan” komandalarının əvəzedici heyyətlərinin oyununda baş verənlərə “12-ci oyunçu” azarkeş klubunun münasibəti.
“Xəzər Lənkəran” və “Muğan” komandalarının əvəzedici heyyətlərinin oyununda baş verənlərə “12-ci oyunçu” azarkeş klubunun münasibəti.

Sentyabrın 25-də keçirilən “Xəzər Lənkəran” – “Muğan” komandalarının əvəzedici heyyətlərinin oyunu üçün “12-ci oyunçu” azarkeş klubu oyundan bir neçə gün öncədən afişalar hazırlamış və həmin oyuna 1000-azarkeş toplaya bilmişdi.Həmin gün lənkəran şəhər olimpiya kompleksinin əsas meydançasının tribunalarına futbol izləmək üçün toplaşan azarkeşlər səriştəsiz hakimlərin səhv qərarlarını görməklə peşiman oldular. Azarkeşlər hamılıqla hakimlər komitəsinin qohumbazlıq siyasətini lənətləyir,Xaqani Məmmədovun bu özbaşınalığına göz yuman mətbuatı qınıyırdılar.Oyunun baş hakiminin səriştəsizliyi göz qabağında idi, onun verdiyi qərarları futbolçular belə anlamır,hansı tərəfə cərimə zərbəsinin təyin olunması futbolçular tərəfindən anlaşılmaz olduğundan hər belə vəziyyətdə oyun bir neçə dəqiqə dayanırdı.Oyun sonrası azarkeşlərin guya meydana axışması və hakimləri döyməsi barədə mətbuatda verilən məlumatlar cəfəngiyyatdır.Heç bir azarkeş hakimlərə fiziki zor tətbiq etməyib. “12-ci oyunçu” azarkeş klubunun azarkeş kimi tanlmadığı və azarkeş kimi qəbul etmədiyi 3-4 nəfərin hakimlərə hücum etməsini bütöv bir azarkeş ordusunun adına yazmaq məntiqsiz hərəkətdir.Lənkəranlı azarkeşləri vəhşi qismində təqdim etmək rəzalətdir,ən azı ona görə ki, bir qrup azarkeş polislərə kömək edərək hakimləri onlara təzyiq göstərənlərin əlindən alaraq olimpiya kompleksinin binaslna daxil olmağa yardımçı olmuşdular.Eyni ilə bütün oyun boyu yerli azarkeşlərlə tribunada birgə oyunu izləyən “Muğan”ın əsas heyyətinin məşqçilərinə və üzərində “Muğan futbol klubu” yazılmış idman forması geyən bir neçə gəncə “Xəzər lənkəran” azarkeşləri heç bir təzyiq göstərmədilər.Oyun sonrası baş verən olaylarda da azarkeşlərdən bir neçəsi hakimləri səriştəsizlikdə günahlandırırdılar.Bu zaman onlar da “Xəzər Lənkəran”ın baş məşqçisi də yüksək səslə etiraz edirdilər.Bu hadisədə baş məşqçinin azarkeşləri nəyəsə təhrik etməsini iddia edən mətbuat və AFFA-nın intizam komitəsi əsl səbəbkarı və onun əməllərini kölgədə qoymaqla ədəbsizlik etmiş oldular.Beləki Lənkəranlı azarkeşlər kimsənin iradəsi ilə deyil öz düşüncələri ilə hərəkət edirlər.Futbol oyununun qaydalarını tam bilməyən hakimləri belə oyun idarə etdiyinə görə Lənkəranlı azarkeşlər mətbuatın dediyi kimi “qanına qəltan” etməyiblərsə bu azarkeşlərin yüksək əxlaqından irəli gəlir.Nə vaxta qədər ölkə futbolunda hakim seçimi qohumluq əlaqələrinə görə olacaqsa və futbol biliyinə heç olmasa azarkeşlər qədər malik olmayan hakimlər oyunlara təyin olunacaqsa xoşa gəlməz hadisələr davam edəcək.Belə hadisələrdən yararlanaraq öz çirkin əməllərinə bəraət qazandırmaq cəhdi hakimlər komitəsinin hakimlərə şişirdilmiş qiymətlər verməsi ilə sonuclandıqca futbolumuzda inkişaf olmayacaq. “Xəzər Lənkəran” – “Miğan” komandalarının əvəzedici heyyətlərinin oyununu idarə edən hakimlərə yüksək qiymət verilməsi buna sübutdur.
AFFA-nın intizam komitəsinin “Xəzər-Lənkəran”ın baş məşqçisi Fazil Əsədov barədə çıxardığı qərar ölkə futboluna növbəti zərbədir.Beləki hakimlərlə yüksək səslə danışan məşqçini futboldan 2-il uzaqlaşdırmaqdansa ,Xaqani Məmmədovun və onun qohumçuluq siyasətinə qoşulanların cəzalanması lazım idi.Qərarın sərt olmasının fərqində olmayanlara vicdan təmizliyi arzulayırıq.
Yaranandan bəri “Xəzər Lənkəran” klubuna və azarkeşlərinə olunan ədalətsiz münasibət davam edir.Bu ilk növbədə bir çox KİV tərəfindən həyata keçirilir.
“12-ci oyunçu” azarkeş klubu, “Xəzər Lənkəran” ailəsinə qarşı ədalətsizlik edənlərə, hakimlər komitəsi və digər futbol qurumlarına müraciət edərək birtərəfli mövqedən əl çəkərək ədalət prinsipinə uyğun hərəkət etməyə dəvət edir.
“12-ci oyunçu” azarkeş klubu,eyni zamanda özlərini reklam etmək xatirinə qərəzli və dəqiqləşməyən məlumatları yaymaqla
“Xəzər Lənkəran” ailəsinə qarşı təbliğat aparan bəzi mətbuat vasitələrini, jurnalist etikasına riayət etməyə çağırır.
“12-ci oyunçu” azarkeş klubunun təşkilat komitəsi.

Bölmə: |Baxış sayı: 838 | Yazar: ISLAM |
Всего комментариев: 0
der="0" width="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
Email:
Kod *:



Copyright MyCorp © 2024
Используются технологии uCoz